Qız ona cərimə yazan polisin qarşısında rəqs etdi - VİDEO
Rusiyanın Vladivostok şəhərində qəribə hadisə baş verib. Sürət həddini keçdiyi üçün polis avtomobili saxlayıb.
24 Oktyabr 2016 14:21 SosialRusiyanın Vladivostok şəhərində qəribə hadisə baş verib.
Sürət həddini keçdiyi üçün polis avtomobili saxlayıb.
Olaylar.az virtualaz.org-a istinadən bildirir ki, polis əməkdaşları gənc sürücü qıza cərimə yazdığı vaxt o, rəqs etməyə başlayıb.
Qız rəqsinin videogörüntülərini özünün İnstaqram səhifəsində paylaşıb və yazıb: "Maşında oturub cəriməni gözləmək? Yox, bu, mənlik deyil. Əvəzində hamının əhvalı yaxşılaşdı. Polislər də pozitiv adamlar idi və dedilər ki, kefimi pozmayım, çünki özləri də sürəti sevirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31