Hakim partiyanın gəncləri Almaniyaya səfər ediblər
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri Konrad Adenauer Fondunun Cənubi Qafqaz ölkələrindən olan gənc siyasətçilər üçün təşkil etdiyi təlim proqramı çərçivəsində Almaniyada səfərdə olublar.
24 Oktyabr 2016 14:33 SosialYeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri Konrad Adenauer Fondunun Cənubi Qafqaz ölkələrindən olan gənc siyasətçilər üçün təşkil etdiyi təlim proqramı çərçivəsində Almaniyada səfərdə olublar. "OLAYLAR"-ın hakim partiyaya istinadən verdiyi xəbərə görə, YAP GB-ni təmsil edən Hülya Məmmədli və Əvəzağa Məlikovun daxil olduğu nümayəndə heyətinin səfər zamanı Almaniyanın bir sıra hökumət və parlament üzvləri, eləcə də Xarici işlər nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin rəhbəri Maykl Zibert və s. şəxslərlə görüşləri təşkil olunub. Görüşlərdə Almaniyanın müvafiq qurumlarının strukturu və fəaliyyəti barədə iştirakçılara məlumatlar verilib və fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında Azərbaycanın inkişaf modeli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri səsləndiriblər. Öz növbəsində, Almaniya hökumət və parlament üzvləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyətindən bəhs edib, həmçinin, Azərbaycandakı etnik və dini müxtəlifliyin birgəyaşayış modelini dünya üçün tolerantlıq nümunəsi adlandıraraq Bakıda keçirilən İlk Avropa Oyunlarının möhtəşəmliyini vurğulayıblar.