Gündəm

Xalq artistinin ayaqları tutuldu - Xəstəxanaya yerləşdirildi

24 Oktyabr 2016 14:14

Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli rejissor, Muğam teatrının keçmiş rəhbəri Arif Qazıyevxəstəxanaya yerləşdirilib.

Təyyarə qəzasında ölənlər Avropa İttifaqının məmurları olmayıb - YENİLƏNİB - VİDEO

24 Oktyabr 2016 14:10

Maltanın cənubunda təyyarə qəzasında ölən 5 nəfər Fransa vətəndaşları olub. Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, yüngül motorlu "Metroliner" təyyarəsi Liviyanın Misrat şəhərinə gedirmiş.

Əlamətləri: kök, iri gözlü, qalın dodaqlı...

24 Oktyabr 2016 14:08

Məlum olduğu kimi ləğv edilmiş MTN-nin rəhbərliyindəki Çovdarov-Mahmudov qruplaşmasının talamaq üçün seçdikləri qurbanlar arasında Bakıda çoxmərtəbəli binaların inşası ilə məşğul olan MTK-ların sahibləri də olub. Doğrudur, bu MTK-ların sahiblərinin özləri də aydan arı, sudan duru deyildilər. Onların özlərinin də çoxsaylı qurbanları var. Bunlar MTK-lara pul ödəyib aldıqları mənzilin iki və daha çox adama satıldığını öyrənən, nəticədə şikayət etmək üçün illərdir müxtəlif instansiyaların qapılarında boyunlarını bükən sadə vətəndaşlardır.

ADU tələbəsi NASA-da təcrübə keçmək şansı qazanıb

24 Oktyabr 2016 14:06

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Kənan Əhmədli ABŞ-ın Milli Aerokosmik Agentliyi olan NASA-da təcrübə keçmək şansı qazanıb. Hazırda robotlaşdırma dərsləri verən 20 yaşlı tələbəmiz “Mələk beyni” konsepsiyası üzərində təqribən 2 il işləyib və bu sahəyə uyğun araşdırmalar aparıb. Müəllifi olduğu “Mələk beyni” konsepsiyası NASA tərəfindən maraqla qarşılanan Kənan Əhmədli NASA-nın təcrübə proqramına qəbul olunub. O, növbəti ayın əvvəlində maketləşdirmə və robotlaşdırma sahəsində biliyini təkmilləşdirmək məqsədi ilə ABŞ-a yola düşəcək. Kənan Əhmədli bir aylıq təcrübə müddətində NASA-da özünü ən yaxşı şəkildə göstərməklə təhsilini orada davam etdirmək niyyətindədir.

QİDA proqramı çərçivəsində növbəti təlim baş tutub

24 Oktyabr 2016 14:03

ARGTMŞ Gənclər Evində Milli Şura tərəfindən təşkil olunan “Qht İdarəetmə Akademiyası” proqramı çərçivəsində “Effektiv Ünsiyyət” təlimi baş tutub.  22 oktyabr tarixində  keçirilən təlimdə Gənclər Təşkilatları Milli Şurasının  üzvü olan 20-yə yaxın gənclər təşkilatından nümayəndələr və fəal gənclər olmaqla 35 nəfər gənc iştirak edib.

ADU-da TEMPUS proqramının FLEPP layihəsinin yekun konfransı keçirildi

24 Oktyabr 2016 14:01

Oktyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) TEMPUS proqramının FLEPP layihəsinin yekun konfransı keçirildi. Tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova, FLEPP layihəsində iştirak edən ölkələrin, o cümlədən, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin nümayəndələri və ADU-nun professor-müəllim heyəti iştirak edirdi.

ADU-da “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq konfrans sona çatdı

24 Oktyabr 2016 13:59

Oktyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) ADU ilə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Filologiya İnstitutunun birgə təşkil etdiyi “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq elmi konfransın yekun iclası keçirildi.

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının inkişafına yönəlmiş dövlət siyasətinin davamı

24 Oktyabr 2016 13:56

Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb.

Davamlı inkişaf, rəqabət və xidmət keyfiyyəti

24 Oktyabr 2016 13:53

Günümüzün reallığı ondan ibarətdir ki, azad bazar iqtisadiyyatında davamlı inkişafı təmin etmək və rəqabət mühitini yaratmaq üçün keyfiyyətli idarəetmə sisteminin səmərələrindən istifadə etmək lazımdır. Sevindirici hal ondan ibarətdir ki, ölkədə mövcud olan əksər şirkətlər, müəssisələr öz fəaliyyətlərində yuxarıda qeyd etdiyimiz amillərə ciddi diqqət yetirirlər. Bu da nəticə etibarilə həmin şirkətlərin səmərəli fəaliyyətinə yol açır.

İri xarici hava limanlarında "Made in Azerbaijan" rəfləri yaradılacaq

24 Oktyabr 2016 13:51

Dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan prezidentinin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında" 5 oktyabr 2016-cı il tarixli fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, hazırda ixrac missiyalarının təşkil olunacağı xarici ölkələr, ölkə stendinin təqdim olunacağı beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir, "Made in Azerbaijan" brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır, bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır. İlkin olaraq, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı "Duty Free" mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində "Made in Azerbaijan" rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kələğayi və s. kimi məhsulların təqdim olunması təklif edilir. Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində "Made in Azerbaijan" brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğ olunması planlaşdırılır.

Qanunsuz idman mərc oyunlarından nə qədər itiririk?

24 Oktyabr 2016 13:46

Müasir elmi-texniki naliyyətlər dövlət büdcəsinin artmasına münbit şərait yaradır. Artıq elə bir sahə yoxdur ki, qanuni tənzimləmədən kənarda qalaraq vergiyə cəlb olunmasın. Məsələ orasındadır ki, əksər fəaliyyət sahələrinin qanunvericilik bazası olsa da gizli fəaliyyət nəticəsində vergidən yayınma hallarına da yol verilir.

Qafqaz Birliyi mümkündürmü?

24 Oktyabr 2016 13:45

Hazırda da Azərbaycan qonşu Gürcüstanla bərabər istər hər iki ölkə, istərsə də digər yaxın və uzaq dövlətlər üçün əhəmiyyət kəsb edə biləcək yeni-yeni layihələr üzərində işləyir. Həyata keçirilən bu əməkdaşlıq Qafqaz regionun iki əsas dövləti Azərbaycanla Gürcüstanı bir-birinə yaxınlaşdırmaqla yanaşı zaman-zaman gündəmə gələn Qafqaz Birliyi ideyasının aktuallığını artırır.

Avtovağzal Ticarət Mərkəzi BAĞLANDI

24 Oktyabr 2016 13:40

Beynəlxalq Avtovağzal Kompleskinin ticarət mərkəzində bu gün səhər saatlarında işlər tam olaraq dayandırılıb.

Polkovniki və 5 ailə üzvünü öldürməkdə təqsirləndirilən azərbaycanlılar məhkəmə qarşısında

24 Oktyabr 2016 13:38

Bu gün oktyabrın 24-də Rusiyanın Samara vilayət məhkəməsində Sızran rayonunda baş vermiş səs-küylü kütləvi qətl cinayəti üzrə proses başlayıb.

Cəmiyyətdə yanlış baxış sistemi mövcuddur

24 Oktyabr 2016 13:36

Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra maliyyə bazarlarında baş verən arzuedilməz tendensiya, manatın Amerika dollarına nisbətən dəyərinin nəzərə çarpacaq dərəcədə aşağı düşməsi daha çox banklarla onun müştəriləri arasında ciddi problemə yol açdı. Belə ki, devalvasiyaya qədər bankdan Amerika dolları ilə kredit götürən vətəndaşların banka olan borclarının devalvasiyadan sonra yeni məzənnə ilə hesablanması bankla onun müştərisi arasında anlaşılmaz yaratdı. Nəticə etibarilə bankdan kredit götürmüş vətəndaşların əksəriyyətinin yeni məzənnəyə uyğun olaraq krediti geri qaytara bilməməsi bu maliyyə qurumlarının bir çoxunu iflas həddinə gətirib çıxardı. Nəticə etibarilə ötən ilin sonlarından bu günə qədər olan müddətdə bir neçə bank öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Hazırda da bu mənfi tendensiya davam etməkdədir.