Təyyarə qəzasında ölənlər Avropa İttifaqının məmurları olmayıb - YENİLƏNİB - VİDEO
Maltanın cənubunda təyyarə qəzasında ölən 5 nəfər Fransa vətəndaşları olub. Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, yüngül motorlu "Metroliner" təyyarəsi Liviyanın Misrat şəhərinə gedirmiş.
24 Oktyabr 2016 14:10 DünyaMaltanın cənubunda təyyarə qəzasında ölən 5 nəfər Fransa vətəndaşları olub.
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, yüngül motorlu "Metroliner" təyyarəsi Liviyanın Misrat şəhərinə gedirmiş.
Agentlik bildirir ki, hazırda mülki şəxslərin, yoxsa hərbi qulluqçuların öldüyü məlum deyil.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinitəyyarədə Aİ məmurlarının olması barədə məlumatları təkzib edib. O, Tvitter səhifəsinə yazıb: "Reysin Aİ-nin fəaliyyətinə heç bir aidiyyəti yoxdur".
Araşdırma davam etdirilir.
***
Olaylar.az Times of Malta-ya istinadən bildirir ki, iki mühərrikli "Metroliner" təyyarəsi Luqa hava limanında səmaya qalxandan az sonra uçuş-enmə zolağının yaxınlığına yerə düşərək partlayıb və yanmağa başlayıb.
Maltanın paytaxtı Valettadakı "Mater Dei" hospitalı fövqəladə vəziyyət rejiminə keçirilib.
Malta DİN-i Luqa hava limanını qapadıb.
Lüksemburqdakı şirkətə məxsus "Metroliner" təyyarəsinin "Frontex" tərəfindən icarəyə götürülməsi xəbəri doğrulmayıb. "Frontex" bunu Twitter-də təkzib edib: "Maltada qəzaya uğramış təyyarəni biz icarəyə götürməmişdik".
***
Avropa İttifaqının miqrasiya və sərhəd nəzarəti komissiyasının (Frontex) mənsublarının olduğu təyyarə Maltada qəzaya uğrayıb.
Olaylar.az European-a istinadən bildirir ki, aviaqəzada 5 nəfər həlak olub.
Malta tarixində ən böyük aviaqəza bu gün səhər saatlarında baş verib. Yüngül təyyarə Maltadan Liviyanın Misurata şəhərinə uçurdu.
Xilasedicilər qəzada sağ qala biləcək adamları arayırlar.
Belə təyyarə 10 sərnişin daşıya bilir.
Malta rəsmilərinin dediklərinə görə, Lüksemburqdakı şirkətə məxsus olan bu təyyarə "Frontex"ə icarəyə verilmişdi.