Qanunsuz idman mərc oyunlarından nə qədər itiririk?

Müasir elmi-texniki naliyyətlər dövlət büdcəsinin artmasına münbit şərait yaradır. Artıq elə bir sahə yoxdur ki, qanuni tənzimləmədən kənarda qalaraq vergiyə cəlb olunmasın. Məsələ orasındadır ki, əksər fəaliyyət sahələrinin qanunvericilik bazası olsa da gizli fəaliyyət nəticəsində vergidən yayınma hallarına da yol verilir.

Belə oyunlarının leqallaşdırılması büdcə gəlirlərini artıra bilər
 

Müasir elmi-texniki naliyyətlər dövlət büdcəsinin artmasına münbit şərait yaradır. Artıq elə bir sahə yoxdur ki, qanuni tənzimləmədən kənarda qalaraq vergiyə cəlb olunmasın. Məsələ orasındadır ki, əksər fəaliyyət sahələrinin qanunvericilik bazası olsa da gizli fəaliyyət nəticəsində vergidən yayınma hallarına da yol verilir. Belə sahələrdən biri də idman mərc oyunlarıdır ki, bir çox hallarda büdcəyə vergi ödəməkdən yayınırlar. Azərbaycanda mərc oyunları ilə bağlı qara bazarın mövcudluğu isə hər il milyonlarla manat vəsaitin büdcədən yayınmasına səbəb olur. Çünki leqal, dövlət tərəfindən rəsmi icazə verilən mərc kontorlarından fərqli olaraq burada uduşların tam formada veriləcəyi ilə bağlı heç bir zəmanət yoxdur. Əsasən qapalı və xüsusi mühafizə olunan yerlərdə fəaliyyət göstərən belə obyektlər təkcə vergidən yayınmır, eyni zamanda gənclərin tərbiyəsinə, psixoloju durumuna da neqativ təsir göstərir. Məlumat üçün qeyd edək ki, hazırda idman mərc oyunları bir sıra Avropa ölkələrinin dövlət büdcələrinin gəlirlərində əhəmiyyətli mənbə rolunu oynayır. Ancaq burada söhbət leqal mərc oyunlarından gedir. Belə oyunlara elmi-tixniki yeniliklərin, eləcə də informasiya kommunikasiya texnologiyalarının imkanlarını tətbiq etməklə xeyli gəlir əldə edilir. Daha dəqiq, İnkişaf etmiş Avropa ölkələrində belə təcrübə uzun illərdir ki, tətbiq olunmaqdadır. Belə ki, Avropanın mərc bazarı yüz illərdir fəaliyyət göstərsə də onun leqallaşması 40 ilə yaxındır ki, baş verib. Leqal formada fəaliyyət göstərən bazarın dövlətə ödədikləri vergilər hər ötən il daha da artır. Dünyanın bu sahədəki nəhənglərindən biri - Böyük Britaniyadan olan "William Hill" şirkəti artıq 80 ildir ki, fəaliyyət göstərir. "William Hill" şirkəti 17 000 dən çox insanı işlə təmin edərək, yüksək vergi ödəyicisi olaraq dövlətin büdcəsinə böyük miqdarda gəlir gətirir. Rəsmi mərc oyunları Rusiya, Türkiyə kimi qonşu ölkələrdə, Ukraynada, Almaniyada vədigər ölkələrdə sərbəst şəkildə aparılır. Qeyd edək ki, Türkiyədə bu oyunların keçirilməsinə 2004-cü ildə başlanıb. Azərbaycanda da idman mərc oyunlarının təşkilinə qanunla icazə verilir. Azərbaycan parlamenti idman mərc oyunlarının təşkilinə "Bədən tərbiyəsi və idman haqqında" qanuna 2010-cu il 31 may tarixli əlavə və dəyişikliklərin təsdiqlənməsiylə bu fəaliyyət növünü leqallaşdırıb. Azərbaycanda da bütün dünyada olduğu kimi idman oyunlarının, məsələn futbolun mərci və lotereya oyunları keçirilir. Düzdür, mütəxəssislər hesab edirlər ki, idman mərc oyunlarının keçirilməsi idmana olan marağı artırır. Amma fakt ondan ibarətdir ki, bu oyunlardan gələn gəlirlərin heç də hamısı digər dövlətlərdə olduğu kimi dövlət büdcəsinə vergi şəkilində daxil olmur. Bu sahəni tənzimləmək üçün rəsmi qanunvericiliyin olmasına baxmayaraq, "qara bazar" da paralel fəaliyyət göstərir və onun real dövriyyəsinin nə qədər olduğunu demək qeyri-mümkündür. Hazırda dünyada baş verən iqtisadi çətinliyi nəzərə alsaq, qeyri leqal bazardan daxil olan vəsait dövlət büdcəsi və idman sənayesi üçün böyük itkidir. Beləliklə, heç bir qeydiyyatı aparılmayan pul dövriyyəsi əslində müəyyən sosial ehtiyaclara, ən əsası idmanın müxtəlif növlərinin inkişafına xərclənə bilər. Hazırda futbol və bir sıra başqa tanınmış idman növləri üzrə liderliyi ələ almış dövlətlər bu sahələrin inkişafını məhz leqal mərc oyunlarından gələn gəlir hesabına qarşılayırlar. Xatırladaq ki, artıq Azərbaycan özünü dünyada idman ölkəsi kimi tanıda bilib. Ölkəmizdə çoxlu sayda beynəlxalq əhəmiyyətli idman yarşları baş tutub və qarşıda da belə tədbirlərin keçirilməsi planlaşdırılır. Eyni zamanda, Azərbaycanın milli fotbol komandası, eləcə də airı-ayrı futbol klubları yeni-yeni uğurlara imza atmaqdadır. Heç kim zəmanət verə bilməz ki, bu oyunlar zamanı "qara bazar" fəaliyyətini dayandırır. Əksinə, milyonlarla manat vəsait dövlət büdcəsindən yayındırılır. Təkcə bu sahəyə nəzarətin gücləndirilməsi imkan verir ki, dövlət büdcəsinin gəlirləri artmış olsun. Onu da qeyd edək ki, idman-mərc oyunları təkcə paytaxt Bakıda deyil, respublikanın əksər rayon və şəhərlərində təşkil edilməkdədir. Məlumat üçün qeyd edək ki, Vergilər Nazirliyi tərəfindən Sumqayıt şəhərində idman-mərc oyunlarının təşkili ilə məşğul olan fiziki şəxslərə məxsus obyektlərdə operativ vergi nəzarəti tədbirləri keçirilib. Tədbirlər zamanı bir sıra obyektlərdə qanunsuz idman-mərc oyunları və lotereyaların təşkil edildiyi aşkar olunub. Belə ki, Nazirliyin analitik-informasiya şöbəsindən verilən məlumata görə, fiziki şəxs Cahangirli Xəqani Qismət oğluna məxsus obyektdə vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi faktları müəyyən olunub. Vergi orqanları əməkdaşları tərəfindən qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülərək müvafiq qaydada "İnzibati xəta haqqında" protokol tərtib edilib. Fiziki şəxs Mirzəyev Ramil Vaqif oğluna məxsus obyektdə vergi orqanında qeydiyyatdan keçməyən fiziki şəxs Cabbarov Rövşən Cabbar oğlunun fəaliyyət göstərdiyi müəyyən edilib. R.Cabbarov barəsində "Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə" akt tərtib olunub. Obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi fəaliyyəti ilə məşğul olma faktları müəyyən edilib. Vergilər Nazirliyinin "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərarına əsasən, qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülərək müvafiq aktlar və "İnzibati xəta haqqında" protokol tərtib edilib. Operativ vergi nəzarəti tədbiri zamanı Ramil Mirzəyevin Sumqayıt şəhərində yerləşən digər obyektində də qanunsuz mərc oyunlarının keçirildiyi müəyyənləşdirilib. Həmin obyektdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, akkreditasiyasız idman mərc oyunlarının keçirilməsi faktları öz təsdiqini tapıb. Operativ vergi nəzarəti tədbirləri zamanı fiziki şəxslər Əliyev Rəşad Çingiz oğluna, Bəşirov Ramiz Ağadadaş oğluna, Rəsulov Rəşad Hafiz oğluna məxsus obyektlərdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu və akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və keçirilməsi faktları aşkar edilib. Qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər obyektdən götürülərək, müvafiq aktlar və "İnzibati xəta haqqında" protokol tərtib edilib. Operativ vergi nəzarəti tədbirlərinin nəticələri üzrə tərtib edilmiş sənədlər qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilib. Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunsuz idman-mərc oyunları, habelə lotereyaların təşkili və keçirilməsi ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər davam etdiriləcək. Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev bildirib ki, 2015-ci ilin sonlarından sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşdırılması və vergi nəzarəti tədbirlərinin sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini genişləndirmək üçün əlavə imkanlar verib. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yarıbayarı az olub. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 312 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək məhkəmələrə göndərilib və məhkəmələr tərəfindən tətbiq edilmiş inzibatı cərimələrin miqdarı 439,5 min manat təşkil edib.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31