Qafqaz Birliyi mümkündürmü?

Hazırda da Azərbaycan qonşu Gürcüstanla bərabər istər hər iki ölkə, istərsə də digər yaxın və uzaq dövlətlər üçün əhəmiyyət kəsb edə biləcək yeni-yeni layihələr üzərində işləyir. Həyata keçirilən bu əməkdaşlıq Qafqaz regionun iki əsas dövləti Azərbaycanla Gürcüstanı bir-birinə yaxınlaşdırmaqla yanaşı zaman-zaman gündəmə gələn Qafqaz Birliyi ideyasının aktuallığını artırır.

Qafqaz Birliyi mümkündürmü?

Faiq Ələkbərov: "Bunun üçün Ermənistan millətçiləri Azərbaycana və Gürcüstana olan ərazi iddialarından, mədəniyyət abidələri iddialarından əl çəkməlidir"

Hazırda da Azərbaycan qonşu Gürcüstanla bərabər istər hər iki ölkə, istərsə də digər yaxın və uzaq dövlətlər üçün əhəmiyyət kəsb edə biləcək yeni-yeni layihələr üzərində işləyir. Həyata keçirilən bu əməkdaşlıq Qafqaz regionun iki əsas dövləti Azərbaycanla Gürcüstanı bir-birinə yaxınlaşdırmaqla yanaşı zaman-zaman gündəmə gələn Qafqaz Birliyi ideyasının aktuallığını artırır. Təsadüfi deyil ki, bu günlərdə Gürcüstanda keçirilən beynəlxalq konfransda da sözügedən məsələyə bir daha toxunularaq Qafqaz Birliyinin reallaşmasının zəruriliyi ortaya qoyulub. Məlkumat üçün qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflis şəhərində Tiflis Dövlət Universtetinin sosial və siyasi elmlər fakülətəsi, eləcə də "The Institute for Georgia's Neighborhood Studies"in (İGNS) təşkilatçılığı ilə "Qafqaz Ətrafında Siyasət" mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib. Gürcüstan, Türkiyə, Polşa, Ermənistan və başqa ölkələrin onlarla alimlərinin, tədqiqatçılarının qatıldığı beynəlxalq elmi konfransda Azərbaycanı AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu) təmsil edib. Beynəlxalq elmi konfransda "Qafqaz birliyi ideyasına tarixi-fəlsəfi baxış: reallıqlar və utopiya" mövzusunda çıxış edən Faiq Ələkbərov bildirib ki, Şimali Azərbaycan türkləri müstəqil dövlətin, yəni Qacarların bir hissəsindən qoparlaraq, gürcülər yarımmüstəqil şəklində çar Rusiyasının işğalçılığına məruz qaldıqları halda, ermənilər-haylar ya da "gəlmə" ermənilər isə heç bir statusu olmadan çar Rusiyasının təbəəliyinə keçiblər. Onun sözlərinə görə, Çar Rusiyası yalnız işğal etdiyi Cənubi Qafqazın bir hissəsində, yəni müsəlman-türk torpaqları İrəvan və Naxçıvanın ərazisində "gəlmə" ermənilərin hesabına qondarma "Erməni vilayəti" yaradıb ki, onun da ömürü uzun olmayıb: "XX əsrdə Qafqaz birliyi ya da qafqazçılıq ideyasının gerçəkləşməsi iki dəfə baş vermişdi. Ancaq onlardan biri könüllük şəkildə baş vermişdirsə, ikinci halda Sovet Rusiyasının istəyilə baş tutdu: "Qafqaz xalqlarının vahid dövlət ətrafında birləşməsi ilk dəfə çar Rusiyasının faktiki olaraq süqutundan sonra üç xalqın təmsilçiliyilə Cənubi Qafqazın idarəçiliyi üçün, Tiflisdə ortaq bir dövlət qurumunun yaranmasıyla gerçəkləşdi. 1918-ci ilin fevralın əvvəllərində Tiflisdə, Cənubi Qafqazdan Ümumrusiya Müəssisələr Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziyanın ali hakimiyyəti orqanı olan Zaqafqaziya Seymi açıldı və bu bölgədə əsas güc mərkəzinə çevrildi. Ancaq daxili ziddiyyətlər Zaqafqaziya Federativ Demokratik Respublikasının dağılmasına səbəb oldu. Çox maraqlıdır ki, Sovetlər Birliyi ya da Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) dövründə də Zaqafqaziya Federasiyası yaradılmışdı. Ancaq bu dəfəki birlik Sovet Rusiyasının diktəsi altında məcburi olaraq gerçəkləşdirildi". Faiq Ələkbərov daha sonra bildirib ki, Sovetlər Birliyi qurulduqdan sonra Şimali Azərbaycanı tərk edib mühacirət həyatı yaşayan mütəfəkkirlər arasında da ən geniş yayılmış ideyalardan biri Qafqazçılıq olub. Belə ki, həmin dövrdə Qafqazçılığın əsas ideoloqlarından olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının artıq müstəqil Qafqaz Konfederasiyası siyasi birliyindən qıraqda qurtuluş olmadığını müdafiə edib. Anlamışdı. Azərbaycanlı alim bildirib ki, Qafqaz birliyi ideyasının gerçəkləşməsinə əvvəllər olduğu kimi, hazırda da əsas əngəl olan Ermənistan və ermənilərdir. Onun fikrincə, ermənilər Rusiyanın və digər xarici qüvvələrin təhrikiylə Azərbaycan xalqını tarixi düşmən obrazında görməkdən əl çəkərək Azərbaycan torpaqlarından işğalçı hərbi qüvvələrini dərhal geri çəkməlidirlər: "Ermənistan rəhbərliyi bu günə qədər super dövlətlərin, o cümlədən Rusiyanın oyununa gətirilərək azərbaycanlılara qarşı etdiklərinə görə, yəni 1918-ci il mart soyqırımı, 1992-ci il 26 fevral Xocalı soyqırımlarına görə rəsmi şəkildə üzr istəməlidir. Başqa sözlə, Qafqaz birliyi ideyasının gerçəkləşməsi üçün, ilk növbədə Ermənistan rəhbərliyi, Ermənistan millətçiləri Azərbaycana və Gürcüstana olan ərazi iddialarından, mədəniyyət abidələri iddialarından əl çəkməlidir. Əgər ermənilər bu iddialarına davam edəcəksə o zaman Azərbaycan və Gürcüstan xalqları da eyni iddiaları Ermənistana qarşı irəli sürəcəklər. Bu isə Qafqaz Birliyi ideyasının nəinkli gerçəkləşməsi ümidini, eyni zamanda ideyanın özünün birdəfəlik aradan qaldırılmasına səbəb olacaqdır". Faiq Ələkbərov deyib ki, Ermənistan rəhbərliyinin və onun millətçi dairələrinin bu iddialardan əl çəkməsi üçün, ilk növbədə Rusiyanın və digər super dövlətlərin oyuncağı olmaqdan qurtulması da lazımdır: "Əks təqdirdə xarici qüvvələrin diktəsiylə oturub-duran bir dövlət müstəqil qərar verə bilməyəcək, bunun nəticəsi olaraq da qonşu dövlətlərlə nəinki hər hansı konfederativ dövlətdə birləşə biləcək, üstəlik daima düşmənçilik münasibəti içində olacaqdır. Bütün bunlarla yanaşı, hesab edirik ki, Qafqaz Konfederasiyasının gerçəkləşməsi üçün, ilk növbədə Azərbaycan və Gürcüstan bir araya gəlməlidir. Əgər Azərbaycan və Gürcüstan konfederativ dövlət olmaq uğrunda real addımlar atarsa, Ermənistan və Şimali Qafqaz respublikalarının buna cəlb olunması mümkündür. Bizcə, Gürcüstan və Azərbaycanın konfederativ dövlətdə bir araya gəlməsi Şimali Qafqaz xalqları üçün də bir stimul olacaqdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31