Qırğızıstanda hökümət istefaya gedir
Qırğızıstanın sosial-demokratlar partiyasının fraksiyasının koalisiyadan çıxması ilə hökumət istefaya getməyə hazırlaşır.
24 Oktyabr 2016 14:16 SosialQırğızıstanın sosial-demokratlar partiyasının fraksiyasının koalisiyadan çıxması ilə hökumət istefaya getməyə hazırlaşır.
Qafqazinfo bildirir ki, partiya sədri İsa Omurkulov koalisiyadan çıxmalarını ora daxil olan digər fraksiyalarla siyasi baxışlarının üst-üstə düşməməsi ilə əlaqələndirib.
Qırğızıstan konstitusiyasına görə, koalisiyanı hər hansı fraksiyanın tərk etməsi onun süqutuna, eyni zamanda hökumətin istefasına gətirib çıxarır.
Qeyd edək ki, hazırkı hökumət bu ilin aprelində formalaşmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31