Gündəm

Şimal bölgəsinin təhsil işçilərinin təklifləri dinlənilib 

4 Noyabr 2016 14:45

Noyabrın 3-də Xaçmaz şəhərində Təhsil Nazirliyinin məsul əməkdaşları şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə görüşüblər.

Türkiyə səfirliyinin təhsil müşaviri BANM-də olub

4 Noyabr 2016 14:44

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Əbdülqafur Böyükfırat və müşavirin müavini Faiq Bayramovla görüşüb.

Nazir Biləsuvarda vətəndaşları qəbul etdi  

4 Noyabr 2016 14:41

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 04-də Biləsuvar rayonunda vətəndaşları qəbul edib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonundan ümumilikdə 20-dən artıq sakin iştirak edib.

Rüfət Aslanlı banklara xəbərdarlıq məktubu göndərib

4 Noyabr 2016 14:40

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı (MBNP) Azərbaycanın kommersiya banklarının rəhbərlərilə görüşüb. Bu barədə jurnalistlərə açıqlama verən R.Aslanlı həmçinin, valyuta alqı-satqısında tətbiq olunan marja ilə bağlı banklara xəbərdarlıq məktubu göndərildiyini qeyd edib. Palata sədri görüş zamanı aparılan müzakirələrdən də danışıb: “Görüşdə bəyan etdik ki, əgər hansısa bank belə həssas dövrdə valyuta alqı-satqısına dair qanunvericiliyi pozarsa, ən ciddi tədbirlər görüləcək. Reallıq budur ki, bankların bütün valyuta əməliyyatlarına nəzarət etmək mümkün deyil. Çünki, onların bütün valyuta əməliyyatlarını görmürük. Banklar ayda bir dəfə bizə hesabat verir və həmin hesabat əsasında onların vəziyyətini qiymətləndiririk. Amma əgər hər hansı bank, onun filialı, şöbəsi qanunu pozarsa, dərhal tədbir görürük”.

Diaspor rəhbəri Qazaxda avtovağzal inşa etdirib 

4 Noyabr 2016 14:39

Rusiyanın Yekatrinburq şəhərində yaşayan azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ural Federal Dairəsi üzrə regional bölməsinin rəhbəri Şahin Şıxlinskinin maliyyə dəstəyi ilə Qazax rayonunun İkinci Şıxlı kəndində beynəlxalq avtovağzal kompleksi inşa olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, layihə Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımızın Azərbaycana sərmayə qoyması çağırışına uyğun olaraq həyata keçirilib. Azərbaycanın qərb qapısı Qazax rayonun İkinci Şıxlı kəndi ərazisində istifadəyə verilən müasir standartlara uyğun beynəlxalq avtovağzal kompleksinəqliyyat vasitələrinin fəaliyyətinin tənzimlənməsində, eləcə də şəhərlərarası və beynəlxalq daşımalarda əhəmiyyətli rol oynayacaq. Buradan Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Gürcüstana və Türkiyəyə də müntəzəm reyslərin açılması planlaşdırılır. Müasir memarlıq üslubunda tikilən ikimərtəbəli kompleksdə gözləmə zalı, ana və uşaq otağı, sürücülərin istirahət otağı, bilet kassası, tibbi müayinə otağı fəaliyyət göstərir. Komplekin ərazisində 20 nəfərlik otel də var. Yeni layihənin istifadəyə verilməsi ilə 120-ə yaxın adam işlə təmin olunub.

Rusiya vətəndaşı oldu

4 Noyabr 2016 14:37

Rusiya prezidenti Vladimir Putin Hollivud ulduzu Stiven Siqalı Rusiya vətəndaşlığına qəbul olunması haqda qərar imzalayıb. Qərar Kremlin rəsmi internet səhifəsində yayımlanıb.Kremlin mətbuat sözcüsü Dmitri Peskov məşhur aktyorun uzun zamandı Rusiya vətəndaşlığına qəbul olmaq istəyi haqda da məlumat verib.Peskov həmçinin Stiven Seqalın Rusiyanı çox sevdiyini  vurğulayıb.

Ananın dəhşətli cəzası

4 Noyabr 2016 14:38

İstanbulda görünməmiş hadisə yaşanıb. Belə ki, Ebru. M adında ana məktəb avtobusuna gecikərək, məktəbə getmək istəməyən oğluna dəhşətli cəza verib. Belə ki, zivə ipi ilə oğlunun əllərini, qollarını, belini şəxsi avtomobiline bağlayan ana 8 yaşındakı oğlunu 100 m sürüyüb. Hadisədən dəhşətə gələn vətəndaşlar anaya mane olmaq istədikdə, o “atam da məni belə cəzalandırırdi” – deyərək özünə haqq qazandırıb və istəyini reallaşdırıb. Anaya mane ola bilməyən  insanlar polisdən kömək istəyiblər. Hadisə yerinə gələn İstanbul polisi, ananı bölməyə aparıb. Qadının ifadəsi alınaraq sərbəst buraxıblar.

Oktyabrda evlənmək istəyən 6 nəfərdə QİÇS aşkar edildi

4 Noyabr 2016 14:36

"Oktyabr ayında 10 177 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib". Olaylar.az bildirir ki, bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva lent.az-a açıqlamasında deyib. Z.Əlimirzəyeva bildirib ki, ötən ay nikaha daxil olmaq istəyənlərin 421 nəfərində talassemiya daşıyıcılığı, 47 nəfərində siflis, 6 nəfərində isə QİÇS xəstəliyi aşkarlanıb.

Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşasının premyerası keçiriləcək

4 Noyabr 2016 14:31

Akademik Milli Dram Teatrının kollektivi 144-cü teatr mövsümündə yeni səhnə əsəri ilə tamaşaçılar qarşısında çıxış edəcək. Teatrın mətbuat xidmətindən “OLAYLAR”-a verilən məlumata görə, noyabrın 5-də yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşasının premyerası baş tutacaq. İki hissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Paytaxt ərazisində 11 piyada keçidi inşa olunur

4 Noyabr 2016 14:30

Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinininşası aparılır. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir. İlkin olaraq 11 bu cür yerdə hal-hazırda keçidlərin inşası aparılır.  Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində inşa edilən yerüstü piya keçidləridir.

Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Ə.Nəvai adına Milli Kitabxanaya Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib

4 Noyabr 2016 14:27

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi  ilə son illər Azərbaycana dair nəşr olunmuş kitablar Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasına hədiyyə edilib.

Səmada təhlükəli vəziyyət

4 Noyabr 2016 14:16

İstanbuldan havaya qalxan təyyarə Rusiya səmasında başqa bir təyyarə ilə toqquşma təhlükəsi yaşayıb. .İstanbuldan Moskvaya gələn və Moskvadan  Qroznuya uçan iki Boeing  sərnişin təyyarələri  hava da təhlükəli anlar yaşayıblar. İstanbuldan Moskvaya qalxan Boeing 737 – 800 tipli təyyarə 3650 metr yuksəklik də 3550 metrəyə düşməsi və Moskvadan Qrozniya uçan Boeing 737 – 500 tipli sərnişin təyyarəsinin isə hündürlüyə qalxması, təhlükəli şəkil də bir – birlərinə yaxınlaşmaları qəza şəraitini yaradıb.

Maliyyə bazarları yeni qanunla tənzimlənəcək

4 Noyabr 2016 14:15

“Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb”. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında bildirib.

Daha bir nəfər dəm qazından öldü

4 Noyabr 2016 14:14

Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan şəxs dəm qazından zəhərlənərək ölüb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Elvin Rəsulzadə evində dəm qazından zəhərlənərək ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycanlı Rusiyada bir milyonluq qızılla tutdu

4 Noyabr 2016 14:11

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycan vətəndaşından unikal qızıl külçə müsadirə edib. Olaylar.az bildirir ki, bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.  Məlumata əsasən, Neryunqridə keçirilən xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşına məxsus "Mercedes" markal avtomobil saxlanılıb.