Gündəm

Aprel döyüşlərinin qəhrəmanları vətənpərvərliyin bariz nümunəsi

4 Noyabr 2016 14:09

Qəhrəman əsgərlərimiz hər zaman gənclər üçün örnək olub. Gənclərimiz isə qəhrəman əsgərlərin getdiyi yolu təkrar etmək və bəlkə də daha böyük hünər göstərmək arzisi ilə yaşayıblar. Xüsusən, “Aprel şəhidləri” gənclər üçün əsil qəhrəmanlıq məktəbinə çevrildi. Bu dəfə 2-5 aprel döyüşlərində qəhrəmanlıqla həlak olan Mahir Mirzəyevdən söhbət açacağıq.

Donald Tramp Almatı şəhərinin keçmiş hakimi Viktor Xrapunovun çirkli pullarının yuyulması ilə məşğul olub

4 Noyabr 2016 14:07

Belə bir iddia ilə nüfuzlu “Financial Times” qəzeti çıxış edir 

Əmək Nazirliyinin  “Çağrı mərkəzləri”nə  20 331 müraciət daxil olub

4 Noyabr 2016 14:04

Onların 96,3 faizini sorğu xarakterli müraciətlər təşkil edib Cari ilin oktyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə ümumilikdə 20 331 müraciət daxil olub.   Müraciətlərin 19 584-ü və ya 96,3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb. Həmin sorğuların hər biri ilə əlaqədar vətəndaşlara nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri tərəfindən dolğun hüquqi izahatlar verilib. Digər 747 müraciət isə baxılmaq üçün müraciət vərəqəsi əsasında nazirliyin müvafiq struktur bölmələrinə göndərilib, obyektiv şəkildə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.

Teatrda kuryoz hadisə - Əməkdar artist tamaşaçıya əsəbiləşdi

4 Noyabr 2016 14:00

Azərbaycanda məşhur teatrda maraqlı hadisə baş verib.

Daxili istehsalı necə artırmaq olar?

4 Noyabr 2016 13:42

50 min manata qədər olan kreditləri xırda və orta fermerlərə heç bir girov tələb etmədən verməklə daxili istehsalı tələbatı ödəyə biləcək həddə qədər inkişaf etdirmək mümkündür Məlum olduğu kimi Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən Azərbaycan Respublikasının ərazisinə gətirilən bəzi mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri artırılıb.

Qorxu hissi insanda hansı xəstəliklərə yol aça bilər?

4 Noyabr 2016 13:40

Qorxu hissi hər birimizə yaxşı tanışdır. Yenicə doğulmuş körpənin təhlükəylə bağlı keçirdiyi ilk hiss məhz qorxudur. Hər bir canlı varlığını təhdid edən və ya təhdid riski daşıyan varlıq və ya hadisə qarşısında bu hissi keçirir. Qorxu başqa hisslər kimi idarəedici və siqnalverici funksiya daşıyır. Psixoloq Rübabə Əliyeva deyir ki,  sevinc hissi kimi qorxu hissi də insana lazımdır.

İlin sonuna doğru dollara tələb artacaq

4 Noyabr 2016 13:38

Ekspert: “Manatın bazar dəyərinin möhkəmləndirilməsinə çalışmaq lazımdır” Dollara artan tələb Mərkəzi Bankın valyuta ehtiyatlarının son 1 ayda 4,13 milyard dollardan 4,0 milyard dollaradək azalmasına səbəb olub. Mərkəzi Bankın rezervlərində iyul ayından müşahidə edilən azalma tendensiyası isə davam etməkdədir. 2014-ci ilin iyul ayında 15,19 milyard dollar ehtiyata sahib olan Mərkəzi Bank həmin puldan cəmi 4 milyard dolları saxlaya bilib. Bu arada Dövlət Neft Fondu da valyuta hərraclarında bu ilin oktyabr ayı ərzində 371 milyon dollar satdığını açıqladı. Beləliklə, oktyabrda dollara tələbin artması Neft Fondu ilə yanaşı Mərkəzi Bankı da xərcə salıb. Maraqlıdır, manatın ucuzlaşmasına hansı amillər səbəb olub?

150 yaşlı mənəvi yol

4 Noyabr 2016 13:34

Noyabrın 6-da Azərbaycan Milli Radiosunun yaranmasının 90, Milli Televiziyanın yaranmasının isə 60 ili tamam olur. Heç kimə sirr deyil ki, ötən bu müddət ərzində həm milli radiomuz, həm də televiziyamız Azərbaycanın ictimai-siyasi və mədəni həyatında özünəməxsus rol oynayıb. Sirr deyil ki, hər bir xalqın ictimai, siyasi, mədəni həyata inteqrasiyası birbaşa maarifləndirilmə ilə əlaqədar olduğundan, milli mətbuatın, ümumiyyətlə kütləvi informasiya vasitələrinin bu istiqamətdə rolu əvəzsisdir. Elə Azərbaycan radiosunun 1926-cı ilin 6 noyabr tarixi də xalqın ictimai-fikir tarixində əvəzsiz zamana çevrilib. Məlumdur ki, radio və televiziya öz spesifik xüsusiyyətlərinə görə, kütləvi informasiya vasitələri sırasında xüsusi rola malikdir. Təsadüfi deyil ki, bir sıra spesifik xüsusiyyətləri özündə cəmləşdirən, cəmiyyətin informasiya təminatçısı rolunda çıxış edən radio və televiziya yenə də ön sıralarda gedir. 

Tarixdən bu günə inkişaf

4 Noyabr 2016 13:31

Tarixdən təkamülə doğru insan oğlunun maraq dairəsi məsələsi gündəmdən uzaqlaşmayıb. Layihə rəhbəri Ruslan Həsənov bildirib ki, gənclərin maraq klublarının yaradılması və asudə vaxtlarının səmərəli təşkili ölkə gənclərinə maddi mədəniyyət abidələri haqqında zəruri məlumatları aşılayan və ölkəmiz haqqında bu faktların yerli eləcə də beynəlxalq səviyyədə tanıdılmasının vəhdəti şəklində hazırlanmış bir mexanizmdir.

“İstehlakçıların hüquqlarının qorunmasına dəstək”

4 Noyabr 2016 13:28

“Müasir cəmiyyət və qadın hüquqları”   İctimai Birliyinin sədri Xanım Əhmədzadə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdikləri  “İstehlakçıların hüquqlarının qorunmasına dəstək”  layihəsi barədə məlumat verərək bildirmişdir ki,   Azərbaycanda istehlakçıların  hüquqlarının qorunması sahəsində güclü qanunverici bazanın, normativ hüquqi aktların mövcudluğuna  baxmayaraq, bu sahədə hüququn  pozulması faktları kifayət qədər çoxdur. Əsas problemlərdən biri də vətəndaşların bu qanunlar, fərman və sərəncamlar haqqında təsəvvürlərinin, məlumatlarının az olmasıdır. Cəmiyyətdə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı narazılıqların, məhkəmə çəkişmələrinin və dögər problemlərin  mövcudluğunu, bu istiqamətdə hüquqi maarifləndirmə işinə ehtiyac olduğunu nəzərə alaraq həyata keçirilən  layihənin əsas hədəfi istehlakçıların hüquqlarının qorunmasına milli qanunvericilik əsasında hərtərəfli  dəstək göstərilməsidir. Bu mqsədlə  istehlakçı  hüquqlarının effektiv müdafiəsi barədə maarifləndirmə tədbirlərinin keçirilməsi, mövcud  problemlərin həlli ilə əlaqədar olaraq  təcrübəli  hüquqşünas tərəfindən hüquqi məsləhət və yardım göstərilməsi  nəzərdə tutuub.

Çantasında narkotik keçirmək istədi

4 Noyabr 2016 13:26

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. “Olaylar”ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşın əl yüklərinə baxış zamanı onun çantasında 200 ədəd həb şəklində metadon adlı dərman preparatı aşkar olunub. Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 200 ədəd həbdə metadonun təsiredici maddəsi 4 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Terrorçular məhv edilib

4 Noyabr 2016 13:24

Ötən gün Türkiyə Hərbi Hava Quvvələrinə aid olan İHA lar kəşif uçuşu  apardıqları Tuncelinin Pülümür rayonunun Qızılməscid vadisində, saat 16-30 radələrində bir qrupp PKK – çı terrorçuların  yeri müəyyən edilib. Təcili havaya qalxan iki ədəd F-16 qırıcısı bölgəni bombardıman  edib.Sahəyə helikopterlər ilə xüsusui təyinatlı jandarm birlikləri  endirilib. Aparılan əməliyyat nəticəsində 15 terrorçunun məhv edildiyi  bildilir. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Şeyx Madridə gedir

4 Noyabr 2016 13:23

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 7-də İspaniyaya səfər edəcək. Səfər İspaniyanin Mursiya Katolik Universitetinin dəvəti əsasında həyata keçirilir.

İŞİD -ə qoşulmaq istəyənlər həbs olunub

4 Noyabr 2016 13:19

Honk Konq da  polisdən qaçan və Suriyaya keçərək İŞİD - ə qoşulmaq istəyən iki Malaziyalı şəxs İstanbul da Türk polisləri tərəfindən həbs olunublar. Daha sonra onlar ölkədən çıxarılaraq, Malaziya polisinə təhvil verilib.

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının məhkəməsi qapalı keçirilib 

4 Noyabr 2016 13:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.