Tarixdən bu günə inkişaf
Tarixdən təkamülə doğru insan oğlunun maraq dairəsi məsələsi gündəmdən uzaqlaşmayıb. Layihə rəhbəri Ruslan Həsənov bildirib ki, gənclərin maraq klublarının yaradılması və asudə vaxtlarının səmərəli təşkili ölkə gənclərinə maddi mədəniyyət abidələri haqqında zəruri məlumatları aşılayan və ölkəmiz haqqında bu faktların yerli eləcə də beynəlxalq səviyyədə tanıdılmasının vəhdəti şəklində hazırlanmış bir mexanizmdir.
4 Noyabr 2016 13:31 SosialTarixdən təkamülə doğru insan oğlunun maraq dairəsi məsələsi gündəmdən uzaqlaşmayıb. Layihə rəhbəri Ruslan Həsənov bildirib ki, gənclərin maraq klublarının yaradılması və asudə vaxtlarının səmərəli təşkili ölkə gənclərinə maddi mədəniyyət abidələri haqqında zəruri məlumatları aşılayan və ölkəmiz haqqında bu faktların yerli eləcə də beynəlxalq səviyyədə tanıdılmasının vəhdəti şəklində hazırlanmış bir mexanizmdir. Bu da öz növbəsində gənclərin dövlətimiz tərəfindən yaradılan bu imkanlardan məlumatlı olub, regionlarda karyera qurmaq ideyasının formalaşmasına gətirib çıxaracaqdır Bu səbəbdən öncə təşkilatçılar tərəfindən əvvəlcədən seçilmiş region barədə məlumat xarakteri daşıyan təlimlər keçirilibdir. Daha sonra həmin regionla gənclərin əyani formada tanışlıqı üçün oraya səfəri baş tutub ki, məhz bu səfər zamanı onların həm tarixi-mədəni, həm də iqtisadi dəyərə malik yerlərə ekskursiyaları keçirilmişdir. Layihənin məqsədi ölkəmizin qış turizmi, yay turizmi sənaye və digər sahələrdə inkişafı ilə seçilən Lənkəran regionunun gənclərə tanıdılmasına və bununla da onları regionun inkişafına maraqlarının yaranmasına həvəsləndirməkdən ibarətdir. Bu işdə maliyyə dəstəyini bizdən əsirgəməyən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna isə xüsusi təşəkkürümüzü bildiririk. Sonda görüş rəsmi hissə və müxtəlif çalarlı işlərin nümayişi ilə başa çatmışdır.