Gündəm
Akif Çovdarov və digərlərinin dövlətə vurduqları ziyanın məbləği məlum olub
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin törədikləri cinayət əməli nəticəsində dövlətə vurduqları ziyanın məbləği açıqlanıb.
Türkiyədə daha bir HDP deputatı saxlanıldı
Türkiyə polisi Xalqların Demokratik Partiyasından (HDP) olan deputat İmam Taşçinarı saxlayıb. Milli.Az bildirir ki, bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir. İ.Taşçinar mehmanxanada olarkən saxlanılıb.
Türkiyəyə 150 ölkədən terrorçular gətirilib
"Diyarbəkirdə baş verən terror nəticəsində çoxlu sayda polis və mülki sakin şəhid olub, yaralanıb". Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib. Onun sözlərinə görə, terrora qarşı mübarizə davam etdiriləcək. "Əraziyə 150-yə yaxın ölkədən ölmək və öldürmək üçün adamlar gətiriblər. Bu qədər terrorçunu belə addımı atmağa kim yönəldir? Bu, beynəlxaq layihədir. Onlar həm Türkiyə, həm insanlıq, həm də müsəlmanlığın düşmənidirlər. Beynəlxalq ictimaiyyət Türkiyəyə bu məsələdə yetərincə dəstək vermir. Bütün dünya terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədən əl çəksə də, Türkiyə əl çəkməyəcək".
Hadı Rəcəbli: Azərbaycan bu il turizm “bum”u yaşadı
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Turizm haqqında” qanun layihəsinin növbəti müzakirəsi keçirilib. Trend-in məlumatına görə, iclasda çıxış edən komitənin sədri Hadı Rəcəbli bildirib ki, dövlət başçısının tapşırığı ilə bu il bir sıra ölkələr üçün viza rejiminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olub: “Azərbaycan bu il turizm “bum”u yaşadı. Son 13 ildə Azərbaycanda hotellərin sayının 6 dəfəyədək artmasına baxmayaraq, hotellərdə yer tapılmırdı”.
İrandan Azərbaycana metadon keçirmək istəyən şəxs tutuldu
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
YouTube-da YENİLİK
"Google"un sahib olduğu ən böyük platformalardan olan YouTube yeniliyə imza atıb. Artıq YouTube-da rəyləri idarə etmək daha asan olacaq. Olaylar.az technote.az-a istinadən bildirir ki, YouTube bir çox xüsusiyyətlərinə görə ən böyük izləyici kütləsinə sahib platformadır. Belə ki, istər hər hansı mövzu haqda məlumat almaq, istərsə də paylaşdığınız videolarla pul qazanmaq istəsəniz, YouTube bunun üçün ən əlverişli platformadır. Lakin son zamanlar Facebook və Twitch-in video sahəsində rəqabəti YouTube üçün ciddi mənada risk daşımağa başlayıb.
Səddam Hüseynin nəvəsinin Türkiyədə çiyni qırıldı
İraqın keçmiş lideri Səddam Hüseynin nəvəsi Məsud Uday qəza keçirib. Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, o, Türkiyənin Muğla vilayəti yaxınlığında motosikletlə qəza törədib. Çiyni qırılan Məsud Uday hazırda xəstəxanada müalicə olunur. Olaylar.az
Azərbaycanda sonuncu dəfə 1972-ci ildə belə olub...
Çoxillik iqlim normalarına görə, Azərbaycanda oktyabrın sonunda, noyabrın ilk günlərində müşahidə edilən hava şəraiti noyabrın 20-25-dən sonrakı dövr üçün səciyyəvidir.
"İnternet teleradio məkanını daraltsa da, Azərbaycan teleradiosu əhalinin 85%-nin informasiya ehtiyacını ödəyir"
Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilir. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak edirlər.
Ermənistan bir dövlət kimi iflas mərhələsindədir- AÇIQLAMA
Cümşüd Nuriyev: "Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikiüzlülük edirlər" Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi müşahidə olunur. Rusiyalı politoloq Sergey Markov bunu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasına oturmaqdan imtina etməsi ilə əlaqələndirib. Politoloq Cümşüd Nuriyev isə SİA-ya açıqlamasında rusiyalı politoloq Sergey Markovun yanaşmalarının bir o qədər də ciddi olmadığını bildirdi: "Bir neçə ay öncə də Markov Azərbaycanın beş rayonunu ermənilərdən almışdı. S.Markovun növbəti dəfə belə iddia ilə çıxış etməsi işğalçı Ermənistana bir mesajdır ki, hələ ki, sizinlə masa arxasında oturmağın vaxtı deyil. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Yəni Azərbaycan dövlətinin öz marağı, mövqeyi, şərtləri var. Biz şərtlərimiz daxilində hər cür sülh danışığına getməyə hazırıq. Demək olar ki, bu gün Ermənistan bir dövlət kimi iflas mərhələsindədir. Bəzi Ermənistanı himayə edən xarici dövlətlər çalışlar ki, işğalçı ölkəni iflas olmaqdan xilas etsinlər".
Mütəllim Rəhimli: "Müxalifətin bir araya gəlməsi mümkünsüzdür"
- Mütəllim bəy, AXP sədri Pənah Hüseyn pərakəndə və dağınıq halda olan müxalifətin yenidən bir araya gəlməsi üçün təkliflə çıxış edib. Sizcə, növbəti cəhdin nəticə verməsi nə dərəcədə mümkündür? - Son illər AXP sədri Pənah Hüseynin apardığı işlərdən görünür ki, onun müxalifətin inteqrasiyası ilə bağlı cəhdləri uğursuzluqla nəticələnib. Daha doğrusu, əks nəticə verib. Müxalifət spektri o qədər bölünüb ki, artıq onların bir araya gəlməsi mümkünsüzdür. AXP sədri tərəfindən müxalifətin yenidən bir araya gəlməsi üçün ideya ortaya atılması nəyə xidmət edir, bu, mənim üçün çox qaranlıqdır. Sadəcə olaraq, bu ya kimlərinsə qarşısında hesabat verilməsinə yönəlib, ya da ki, özünü ictimaiyyətin diqqət mərkəzinə gətirməsinə hesablanıb.
Ayxan Mamayev: "Dünya çempionatında hakim ədalətsizliyi ilə qarşılaşdım”- AÇIQLAMA
“Avstriyanın Lints şəhərində keçirilən dünya çempionatında 6 döyüş keçirdim. Onlardan ən çətini Gürcüstan karateçisi ilə döyüşüm oldu. O, son dünya çempionatında – 2014-cü ildə qızıl medal qazanmışdı. Yarımfinalda isə 2012-ci ildə dünya çempionu olmuş fransalı idmançını məğlub etdim”. Bunu SİA-ya açıqlamasında son dünya çempionatında 84 kq çəki dərəcəsində gümüş medal qazanmış karateçimiz Ayxan Mamayev deyib.
Tamerlan Vahabov: “Məsul şəxslər məsuliyyətə cəlb ediləcək”- AÇIQLAMA
“ABŞ-dakı bir qrup erməni ABŞ hərbi təyyarələrinin ehtiyat hissələrini İrana keçirməklə məşğuldur. Ənənəvi olaraq erməni diasporunun nümayəndələri bir çox qeyri-qanuni hərəkətlərdən istifadə ediblər”. Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Bəhruz Quliyev: “Azərbaycanda mətbuat tam azad və müstəqildir”- AÇIQLAMA
“Sərhədsiz Reportyorlar”, “Freedom House” və digər bu kimi beynəlxalq təşkilatlar daim Azərbaycanın əleyhinə olanların sifarişlərini yerinə yetirməklə məşğuldurlar”. SİA-nın məlumatına görə, bunu azvision.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.
“Amerika rəhbərliyi sərsəmlərdən ibarətdir”- TRAMP
“ABŞ-ın hərbi administrasiyasının Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi istiqamətində verdikləri bəyanatları uğursuz alınmaqla yanaşı, həm də sərsəmliyin göstəricisidir“. SİA Amerika mətbuatına istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.














