Mütəllim Rəhimli: "Müxalifətin bir araya gəlməsi mümkünsüzdür"

- Mütəllim bəy, AXP sədri Pənah Hüseyn pərakəndə və dağınıq halda olan müxalifətin yenidən bir araya gəlməsi üçün təkliflə çıxış edib. Sizcə, növbəti cəhdin nəticə verməsi nə dərəcədə mümkündür? - Son illər AXP sədri Pənah Hüseynin apardığı işlərdən görünür ki, onun müxalifətin inteqrasiyası ilə bağlı cəhdləri uğursuzluqla nəticələnib. Daha doğrusu, əks nəticə verib. Müxalifət spektri o qədər bölünüb ki, artıq onların bir araya gəlməsi mümkünsüzdür. AXP sədri tərəfindən müxalifətin yenidən bir araya gəlməsi üçün ideya ortaya atılması nəyə xidmət edir, bu, mənim üçün çox qaranlıqdır. Sadəcə olaraq, bu ya kimlərinsə qarşısında hesabat verilməsinə yönəlib, ya da ki, özünü ictimaiyyətin diqqət mərkəzinə gətirməsinə hesablanıb.

- Mütəllim bəy, AXP sədri Pənah Hüseyn pərakəndə və dağınıq halda olan müxalifətin yenidən bir araya gəlməsi üçün təkliflə çıxış edib. Sizcə, növbəti cəhdin nəticə verməsi nə dərəcədə mümkündür?

- Son illər AXP sədri Pənah Hüseynin apardığı işlərdən görünür ki, onun müxalifətin inteqrasiyası ilə bağlı cəhdləri uğursuzluqla nəticələnib. Daha doğrusu, əks nəticə verib. Müxalifət spektri o qədər bölünüb ki, artıq onların bir araya gəlməsi mümkünsüzdür. AXP sədri tərəfindən müxalifətin yenidən bir araya gəlməsi üçün ideya ortaya atılması nəyə xidmət edir, bu, mənim üçün çox qaranlıqdır. Sadəcə olaraq, bu ya kimlərinsə qarşısında hesabat verilməsinə yönəlib, ya da ki, özünü ictimaiyyətin diqqət mərkəzinə gətirməsinə hesablanıb.

 - Xaricdə olan Arif Hacılı Azərbaycana döndükdən dərhal sonra Əli Kərimli ilə bir araya gəlmək niyyətində olduğunu növbəti dəfə açıqladı. Demək olarmı ki, bununla bağlı A.Hacılıya xaricdən hansısa təlimat verilib?

- Bütün hallarda dünyada baş verən ciddi ictimai, siyasi hadisələri nəzərə alaraq, ölkə daxilinə xarici müdaxilənin hər hansı formada yol açmasına imkan verməməliyik. Bnun kim tərəfindən irəli sürülməsindən asılı olmayaraq, xoşniyyətli sayıla bilməz. Ümumiyyətlə, heç bir güclü sosial bazası olmadan ortaya atılmaq və narazı olan şəxsləri öz ətrafına toplamaq təşəbbüsü də hər zaman iflasa uğrayıb. Ona görə ki, cəmiyyət müxalifət düşərgəsində hər hansı bir şəxsi lider kimi qəbul etmir. Bu baxımdan da, xarici tələblərdən doğan birləşmək ideyasının nəticə verməyəcəyi şübhəsizdir. Siyasi partiyaların xaricdən maliyyələşməsi yolverilməzdir. Məsələ bundadır ki, müxalifət partiyalarına maliyyə vəsaitini verən qrup həmin maliyyə vəsaitinin müqabilində müəyyən şərtlər irəli sürür. Təbii ki, şərtlər Azərbaycanın milli maraqlarına uyğun ola bilməz. Müxalifət buna gedirsə, artıq milli və dövlət maraqlarına qaşı çıxış olur.

 - Nəyə görə, sizcə, hər dəfə AXCP - Müsavat münasibətlərinin normallaşdırılması təklifi ancaq Müsavat tərəfindən irəli sürülür?

- Son dövrlər Müsavat partiyasında olan parçalanmalar bu partiyanın aparıcılığını kölgə altına alıb. Bu baxımdan, AXCP uzun müddətli rəqabətdən sonra Müsavat üzərində qələbəsini elan edə bilər. Məsələ bundadır ki, Müsavat tərəfindən təklif olunan inteqrasiya prosesləri heç vaxt bərabər faktlarla fəaliyyət göstərməyə yönəlməyib. Müsavatın təklifi həmişə digər partiyaların Müsavatın bayrağı altında yığışmasına hesablanıb. İndi isə, Müsavat parçalanmış durumdadır. A.Hacılı vəziyyətdən çıxmaq üçün AXCP-dən istifadə etməyə çalışır ki, bu da Ə.Kərimli tərəfindən heç də qəbul edilmir. Yəqin ki, bu hal bir müddət belə davam edəcək.  Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31