Gündəm

Politoloq: “Rusiyanın qorxduğu hiss olunur”- AÇIQLAMA

4 Noyabr 2016 12:03

“Rusiya ABŞ-la münasibətləri SSRİ dövründə olduğundan da təhlükəli səviyyədə gərginləşdirib”. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

“ABŞ Cəbhət ən Nusra” terror qruplaşmasını himayə edir”- RUSİYA XİN

4 Noyabr 2016 12:02

ABŞ rəhbərliyi terrorçularla əməkdaşlıq edərək, bundan səmərə qazanmaq cəhdlərinə son qoymalıdırlar. SİA-nın məlumatına görə, bu barədə Çinin beynəlxalq radiosuna müsahibəsində Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Cəmil Həsənli özünü və Əli Kərimlini YANDIRDI+AÇIQLAMA

4 Noyabr 2016 12:00

““Siyasi məhbus” siyahısı hazırlamamışıq” “Biz “Milli Şura” olaraq demək istəyirik ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası “siyasi məhbus” siyahısı hazırlamayıb və bu işdə iştirak etməyib”. Sözügedən fikirləri SİA-ya “Milli Şura”nın sədri Cəmil Həsənli son günlər müxalifət düşərgəsində hüquq müdafiəçiləri və QHT-lər tərəfindən hazırlanmış “siyasi məhbus” siyahısı ilə bağlı yaşanan ziddiyyətli məqamları şərh edərkən deyib.

Ermənistanın müharibədən qaçmaq üçün yeni hiyləsi - Amma...

4 Noyabr 2016 11:58

Ermənistan hakimiyyəti yeni hiyləyə əl atıb. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Azərbaycan Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlara "hansısa sonrakı mərhələdə deyil, məhz indi başlamalıdır". Eyni gündə başqaları da bu mövzunu gündəmə gətiriblər. Məsələn, vaxtilə hakimiyyətdə təmsil olunan Demokrat Partiyasının lideri Aram Sarkisyan da eyni sözləri deyib. Görünür, İrəvanda qapalı şəkildə yüksək səviyyədə toplantı keçirilib, müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə "ağıllarına" gələn "danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin" fikri olub.

Avropa Liqası tarixində ilk dəfə

4 Noyabr 2016 11:56

İspaniyanın "Atletik" klubunun futbolçusu Arits Aduris Avropa Liqasının tarixinə düşüb. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, ispan futbolçu turnirin tarixində ilk penta-trikin müəllifi olub.

Türkiyə İŞİD mövqelərinə artilleriya zərbələri endirdi

4 Noyabr 2016 11:52

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının mövqelərinə 73 artilleriya zərbəsi endirib. Olaylar.az bildirir ki, bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Azərbaycanda yaxın günlərdə daha bir bank bağlanacaq?- RƏSMİ AÇIQLAMA

4 Noyabr 2016 11:51

"Maliyyə Bazarlarına Nəzarət Palatası yaxın günlərdə hansısa bankın lisenziyasını geri çağırmağı planlaşdırmır". Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Rusiyada cinayət törədən şəxs Azərbaycanda tutulub

4 Noyabr 2016 11:48

Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 11-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Mübariz Tağıyev tutulub. Olaylar.az

Rəqəmli yayıma keçidlə əlaqədar poçt şöbələrində 5000 dekoder satılıb

4 Noyabr 2016 11:35

Bu günə qədər Bakı, Sumqayıt və Abşeron yarımadasında rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün poçt şöbələrində 5000-ə qədər dekoder (“Set-Top-Box”) satılıb. 

Akif Çovdarovun qızı və oğlunun istintaqa verdiyi ifadələr - İTTİHAM AKTINDAN

4 Noyabr 2016 11:34

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə A. Çovdarovun qızı və oğlu şahid kimi ifadə veriblər.

ABŞ Avropaya 6 min hərbçi göndərəcək

4 Noyabr 2016 11:19

Birləşmiş Ştatların bu qış Avropaya göndərəcəyi əlavə zirehli tank briqadası 4 min nəfərdən ibarət olacaq. Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Müdafiə Nazirliyi strukturuna daxil olan Ordu Nazirliyinin (Quru Qoşunları) nümayəndələri məlumat veriblər.

Akif Çovdarov: "Döymədim, başa saldım..."

4 Noyabr 2016 11:17

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovun ittiham olunduğu cinayət əməlləri üzrə yeni epizodlar bəlli olub. Olaylar.az bildirir ki, qafqazinfo Çovdarovun Badamdar qəsəbəsində torpaq sahəsinin ələ keçirilməsi ittihamı ilə bağlı ifadəsini əldə edib.

Dağıstanda 4 silahlı öldürüldü

4 Noyabr 2016 11:10

Dağıstanın Xasavyurt rayonunda 4 silahlı zərərsizləşdirilib. Olaylar.az report-a istinadən xəbər verir ki, onların arasında Xasavyurtda fəaliyyət göstərən cinayətkar dəstəsinin başçısı da var. Məlumata görə, noyabrın 4-də gecə saatlarında Xasavyurtda avtomobillərin yoxlanlııması zamanı saxlanılan maşınlardan birinin salonundan atəş açılıb. Cavab atəşi nəticəsində avtomobilin salonundakı 4 nəfər öldürülüb. 

Ermənilər artıq Rusiyaya naz edirlər

4 Noyabr 2016 11:08

Ermənistan əhalisinin 72%-i Rusiyadan hərbi yardımı qəbul etməyə razıdır. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu nəticə Avrasiya İnkişaf Bankının İnteqrasiya Tədqiqatları Mərkəzinin hazırladığı hesabatda yer alıb. Hesabata əsasən, bu, son 5 ilin ən aşağı göstəricisi hesab edilir. Builki göstərici keçən ilkinə nisbətdə 10% azdır.  

Son dəqiqə: Türkiyədə PARTLAYIŞ - YENİLƏNİB - VİDEO

4 Noyabr 2016 11:07

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Bundan əvvəl 6 nəfərin yaralandığı bildirilirdi.