Ermənilər artıq Rusiyaya naz edirlər

Ermənistan əhalisinin 72%-i Rusiyadan hərbi yardımı qəbul etməyə razıdır. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu nəticə Avrasiya İnkişaf Bankının İnteqrasiya Tədqiqatları Mərkəzinin hazırladığı hesabatda yer alıb. Hesabata əsasən, bu, son 5 ilin ən aşağı göstəricisi hesab edilir. Builki göstərici keçən ilkinə nisbətdə 10% azdır.  

Ermənistan əhalisinin 72%-i Rusiyadan hərbi yardımı qəbul etməyə razıdır.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu nəticə Avrasiya İnkişaf Bankının İnteqrasiya Tədqiqatları Mərkəzinin hazırladığı hesabatda yer alıb. Hesabata əsasən, bu, son 5 ilin ən aşağı göstəricisi hesab edilir. Builki göstərici keçən ilkinə nisbətdə 10% azdır.
 
Rusiya yerinə Fransa və ABŞ-dan gələcək hərbi yardıma razı olan ermənilərin sayı isə artıb. Fransadan ermənilərin 15%-i (keçən il bu göstərici 14% idi - red.), ABŞ-dan isə 10%-i (keçən il 9%) yardım qəbul etməyə hazırdırlar.
 
Ermənilərin 62%-i ölkələrinin başqa dövlətlərə yardım etmək iqtidarında olmadığını söyləyiblər. Bu il Rusiyaya Ermənistanın hərbi dəstək verməsinin vacib olduğunu söyləyənlərin sayı ilk dəfə 17% azalaraq 29%-ə düşüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31