ABŞ Avropaya 6 min hərbçi göndərəcək

Birləşmiş Ştatların bu qış Avropaya göndərəcəyi əlavə zirehli tank briqadası 4 min nəfərdən ibarət olacaq. Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Müdafiə Nazirliyi strukturuna daxil olan Ordu Nazirliyinin (Quru Qoşunları) nümayəndələri məlumat veriblər.

Birləşmiş Ştatların bu qış Avropaya göndərəcəyi əlavə zirehli tank briqadası 4 min nəfərdən ibarət olacaq.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Müdafiə Nazirliyi strukturuna daxil olan Ordu Nazirliyinin (Quru Qoşunları) nümayəndələri məlumat veriblər.
Burada söhbət Kolorado ştatındakı Fort-Karson bazasında yerləşdirilən 4-cü piyada diviziyasının 3-cü zirehli tank briqadasından gedir. Avropaya təqribən 4 min hərbçi göndəriləcək. Bundan əlavə, Pentaqon regiona 10-cu dağ diviziyasının 10-cu aviasiya briqadasının 1750 əsgərini də yollayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31