Türkiyə İŞİD mövqelərinə artilleriya zərbələri endirdi

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının mövqelərinə 73 artilleriya zərbəsi endirib. Olaylar.az bildirir ki, bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının mövqelərinə 73 artilleriya zərbəsi endirib.

Olaylar.az bildirir ki, bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

İŞİD mövqelərinə hücum zamanı Türkiyəni dəstəkləyən "Azad Suriya Ordusu" 4 döyüşçüsünü itirib, 10-u xəsarət alıb.

Əməliyyat zamanı 3 İŞİD üzvü zərərsizləşdirilib.

Bundan başqa, koalisiya qüvvələrinin hava zərbələri nəticəsində 8 İŞİD-çi məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31