Donald Tramp Almatı şəhərinin keçmiş hakimi Viktor Xrapunovun çirkli pullarının yuyulması ilə məşğul olub

Belə bir iddia ilə nüfuzlu “Financial Times” qəzeti çıxış edir 

Belə bir iddia ilə nüfuzlu "Financial Times" qəzeti çıxış edir

Londonda gündəlik nəşr olunan (eləcə də dünyanın 24 şəhərində təkrar çap edilən) , beynəlxalq ingilis dilli, dünyanın əsas iqtisadi-siyasi və biznes xəbərlərini işıqlandıran nüfuzlu "Financial Times" qəzeti bu günlərdə ABŞ prezidentliyinə namizəd Donald Trampın "kölgəli fəaliyyəti"nə həsr olunan material dərc olunub. "Çirkli pullar: Tramp və onun Qazaxıstan əlaqələri" (Dirty money: Trump and the Kazakh connection) başlıqlı həmin məqalənin bizim oxucular üçün də maraqlı olacağını nəzərə alaraq, qısa ixtisarla dərc etmək qərarına gəldik. Qəzetin araşdırmalarından belə bəlli olur ki, sən demə, ABŞ prezidentliyinə namizəd olan Trampın Qazaxıstanın əski paytaxtı Almatı şəhərinin keçmiş akimi(meri), külli miqdarda dövlət vəsaitini mənimsədiyi üçün ölkədən qaçaraq hazırda Avropada mühacir həyatı yaşayan Viktor Xrapunovla çox yaxın əlaqələri olub. Qəzetin yazdığına görə, ABŞ prezidentliyinə namizəd olan bu şəxs uzun müddətdən bəri öz gələcək imperiyası üçün çox maraqlı himayəçilər və əməkdaşlardan ibarət namizədlər "kolleksiya" toplamaqla məşğul olub. Məqalədə qeyd olunur ki, həmin şəxslərin əksəriyyətinin qaranlıq keçmişi var. Onlar öz ölkələrində mütəşəkkil cinayətkarlıq və fırıldaqçılıqla məşğul olublar. 
Belə iddia olanur ki, prezidentliyə namizəd Trampın imperiyası üçün indi ən böyük təhlükə ondan ibarətdir ki, o vaxtı ilə həmin "çirkli pullar"ın yuyulmasından daşınmaz əmlak sektorunda məharətlə istifadə edib. "Financial Times" qəzetinin araşdırmaları zamanı belə bəlli olub ki, D.Trapm, həqiqətən də, "çirkli pullar"ın yuyulması ilə məşğul olan beynəlxalq şəbəkə ilə əlaqəlidir. Belə ki, elektron poçt vasitəsi ilə məktublaşmalar, eləcə də mövcud bank sənədləri onu deməyə əsas verir ki, Trampın şirkətlərinin qazaxıstanlı biznesmen, Almatı şəhərinin keçmiş akimi Viktor Xrapunovla yaxın əlaqələri olub. Bu həmin Xrapunovdur ki, öz ölkəsində-Qazaxıstanda ona qarşı Cinayət Məcəlləsinin bir sıra maddələr , o cümlədən qeyri-qanuni yollarla torpaq mülkiyyətlərinin ələ keçirilməsi və korrupsiya ittihamı üzrə cinayət işi qaldırılıb. Hazırda İsveçrədə yaşayan Viktor Xrapunov isə belə iddi edir ki, Qazaxıstan hakimiyyəti onu siyasi baxışlarına görə təqib edir . Qazax tərəfi isə əksinə, ona qarşı gəlirlərin leqallaşdırılmaması, fırıldaqçılıq, qanunsuz cinayətkar dəstələrin təşkili, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və bir sıra digər maddələr üzrə cinayət işi açaraq, Xrapunovu "İnterpol"un axtarışına verib. Məqalədə qeyd olunur ki, Xrapunov ailəsi ABŞ-da, Nyu-York şəhərinin dəbdəbəli rayonlarından olan Manhetten də D.Trampa məxsus hündürmərtəbəli binada-göydələndə , lüks şəraiti olan geniş bir apartment alıb. Bundan əlavə, Xrapunovun amerikalı maliyyə maqnatının tərəfdaşlarından biri ilə də işbirliyində olması faktı da təsdiqlənib. Qəzet xatırladır ki, bu ilin yanvarında Birləşmiş Ştatların maliyyə cinayətəlri ilə mübarizə departamentinin direktoru Cennifer Şaski Kalveri belə bir bəyanatla çıxış edib ki, ölkədə yaranmış mühüt "korrpsiyalaşmış məmurların , xarici və transmilli cinayətkarların milyonlarla "çirkli pullar"ını ABŞ-da elit daşınmaz əmlaklarla sərmayə şəklində yatıra bilmələrinə" əlverişli şərait yaradır. Nəşr qeyd edir ki, Trampın keçmiş əməkdaşları artıq onu "tərəfdaşlarının törətdiyi əməllərinin təfərrüatlarını bilərəkdən unutmaqda" ittiham edir.Onun tərəfdaşlarından biri olan Bayrok qəzetin müxbiri ilə söhbətində həqiqətən də Xrapunovun Qazaxıstanda nazir vəzifəsində, eləcə də daha sonra Almatı şəhərinin akimi olarkən, onun ailəsi ilə sıx əlaqədə olduğunu etiraf edib.O Həmçinin, Trampla da olan əməkdaşlığından danışıb. Qəzet yazır ki, Almatıdan olan vəkillər bu ilin martında ABŞ məhkəmələrinə bildiriblər ki, Viktor Xrapunov və onun ailəsi yüz milyon dollarlarla ölçülən dövlət aktivlərini sistemli şəkildə mənimsəmək və onları Birləşmiş Ştatların saxta şirkətlərinin mürəkkəb bank hesabları sistemi vasitəsilə "yuyulması"na dair razılığa gəliblər. 
Hazırda İsveçrədə mühacir həyatı yaşayan Viktor Xrapunov isə belə iddia edir ki, guya ,o , Qazaxıstan prezidenti Nursultan Nazarbayevin hədəfinə çevrilib. 
Digər tərəfdən Almatıdan olan vəkillər belə iddia edirlər ki, Viktor Xrapunov "çirkli pullar"ın yuyulmasında "Coxo3310", "Coxo3311" və "Coxo3203" şirkətlərindən istifadə edib. Bu şirkətlərdən hər biri Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi qeydiyyatdan keçirildiyindən, onların sahib olduqları əmlakları asanlıqla gizlətmək mümkün olub. Şirkətlərin hər üçü 2013-cü ildə Nyu-Yorkda yaradılıb. Maraqlısı isə odur ki, qəzetin apardığı araşdırmalardan belə aydın olur ki, yaradıldıqdan bir həftə sonra, həmin şirkətlər vasitəsi ilə okeanın o tayına 3,1 milyon ABŞ dolları dəyərində pul köçürülməsi həyata keçirilib. Həmin vəsaitə Xrapunovun ailəsinin adına mənzil, eləcə də inşası 2010-cü ildətamamlanan, Manhettenin ən görməli yerlərindən birində inşa olunan 46 mərtəbəli mehmanxana kompleksinə sərf olunub. Almatıdan olan vəkillərinin məhkəməyə təqdim etdikləri sənədlərdən belə bəlli olur ki, "Coxo" şirkətində əsas fiqur elə hazırda Kaliforniya şəhərində yaşayan Viktor Xrapunovun qızı Elvira Kudryaşova olub. Qazaxıstan hökumətindəki mənbələrin verdiyi məlumata əsasən, məhz Elvira və onun qardaşı İlyas ailəyə məxsus çirkli pulların "yuyulması"nda əsas həlqəni təşkil ediblər. Mənzil almazdan əvvəl "Coxo" şirkəti tərəfindən E.Kudryaşovanın hesablarından Nyu-Yorkdakı Martin Yana məxsus vəkil firmasının hesabına 3,1 milyon ABŞ dolları köçürülüb. Qəzetin yazdığına görə, məhz M.Yan həmin mənzilin alınmasında agent rolunda çıxış edib. Bundan sonra isə M. Yan E.Kudryaşova və saxta "Coxo" şirkətinin həyata keçirdiyi bütün əməliyyatlarda vasitəçi kimi iştirak edib. Qəzet yazır ki, ilk baxışda D.Tramp mənzillərin satılmasında əsas fiqur təsiri bağışlamır. Belə ki, alqı-satqı əməliyyatlarına satıcı qismində başqa bir şirkət- "Bayrok/Sapir Orqanization"MMC çıxış edir. Amma, araşdırmalar nəticəsində aydın olub ki, bu şirkət Donald Trampa məxsus "Coxo"nun əsas fiqurlarından biri- Temir Sapir tərəfindən yaradılıb. Burada sual yaranır ki, necə olur ki, Qazaxıstanda maliyyə fırıldaqlarında ittiham edildiyi , haqqında beynəlxalq axtarış elan olunduğu halda Xrapunovlar ailəsi necə olur ki, ABŞ-da özlərinə mənzil alırlar? D.Trampın baş məsləhətçisi Alan Qraten qəzetin bununla bağlı sualına belə cavab verib ki, "ola bilsin ki, qanunlarda hansısa boşluqlar olub və bu səbəbdən də biz onları -Bayrok və Sapiri qanunları pozmaqda ittiham edə bilməmişik".
Ekspertlərin fikrincə , "Bayrok/Sapir Orqanization" şirkəti terrorizmə qarşı mübarizə haqda qanundakı boşluqlardan məharətlə istifadə edə bilib. Belə ki, ölkənin mövcud qanunları satıcıya müştərilərinin gəlirlərinin mənbəyini yoxlamamağa, bir növ "şərait" yaradır. Xatırladaq ki, bu ilin yanvarında Manhetten və Mayami şəhərlərində premium daşınmaz əmlakları satın alan müştərilər haqda ətraflı, dəqiqləşdirilmiş məlumatların toplanmasını nəzərdə tutan pilot proqram həyata keçirilməyə başlayıb. İyul ayında artıq məmurlar bütün dəbdəbəli daşınmaz əmlaklara sahib olan hüquqi şəxslərin bu məqsədlə məhz çirkli pulların "yuyulması"ndan məharətlə istifadə etməsi" barədə həyacan təbili çalmağa başlayıblar. Qəzet yazır ki, Vladimir Xrapunovun oğlu İlyasla birgə çalışan Belçikalı biznesmen Nikolas Buranın sözlərinə görə, onlar ailəyə məxsus maliyyə əməliyyatlarının gizlədilməsində özlərinə məxsus İsveçrə şirkətindən istifadə ediblər. Bundan əlavə, Qazaxıstan hökuməti də "Helvetic Capital SA" və digər İsveçrə şirkətlərini Xrapunov ailəsinə məxsus çirkli pulların "yuyulması"nda ittiham edib. Verilən məlumata görə, hələ 2007-ci ildə "Helvetic Capital SA" şirkəti "BayRosk"la birgə Qazaxıstanda "KazBay" birgə müəssəsinin yaradılmasına 1,5 milyon ABŞ dolları həmçində investisiya yarırmağı planlaşdırsada, sonda bir nəticə hasil olmayıb. Qəribəsi isə odur ki, "BayRosk" şirkəti bu ittihamları rədd edərək, məhkəmə iddiasını guya "Donald Trampın Rusiya və Qazaxıstandakı biznes maraqları" kimi qələmə verməyə çalışıb. 
Lakin buna baxmayaraq, qəzet öz iddasında möhkəm dayanaraq vurğulayır ki, Bayrosk və Tramp həqiqətən də Xrapunovla iş birliyində olublar. Bu ittifaqın daha bir üzvü isə Daniel Ridlof olub. Onun "Linkedİn" profilində qeyd olunur ki, Ridlof 2010-cu ilədək həqiqətən də "BayRosk" şirkətində çalışıb və daha sonra əmək fəaliyyətini Tramp fondunun maliyyə şöbəsində davam etdirib. Araşdırmalardan həmçinin, belə bəlli olur ki, bu məsələdə Trampım digər tərəfdaşı, rusiyalı Feliks Sater də 2008-ci ilədək "BayRosk"da çalışıb. O, ölkəsində həm də FTB-nin agenti kimi da tanınır. 2010-cu ildən isə Feliks Sater Donald Trampın baş məsləhətçisi vəzifəsində çalışıb. Sənədlərlə təsdiq olunur ki, həm F.Sater, həm də D.Ridlof Xrapunovun qızı Elvira Kudryaşova ilə sıx işbirliyində çalışıblar. 2012-ci ildə , onlar guya böyük investorlar kimi, ABŞ-a 3 milyon dollar həçmində sərmayə yatırmaq adı ilə viza alaraq, şirkət direktorları qismində okeanın o tayına üz tutublar. Və beləliklə də, Trampın tərəfdaşlarına çevriliblər. Maraqlıdır, ABŞ-da prezident seçkilərinə sayılı günlər qalır. Noyabrın 8-dək prezidentliyə namizəd Donald Trampın daha hansı maliyyə fırıldaqlarında iştirakı barədə məlumatlar yayılacaq? Bunu zaman göstərəcək...

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31