Gündəm

Paytaxtın 3 rayonu üzrə səyyar qəbul keçirilib

4 Noyabr 2016 15:46

Noyabrın 4-də Sabunçu, Pirallahı, və Xəzər rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Qəbula gələn vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat,  təhsil müəssisələrinin təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

BŞTİ-də könüllülərə arayış təqdim olunub

4 Noyabr 2016 15:43

Noyabrın 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində ikinci könüllülük proqramında iştirak etmiş 25 gəncə arayışlar təqdim olunub. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, könüllüləri təbrik edən BŞTİ-nin nümayəndələri onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib, hansı sahədə çalışmaqlarından asılı olmayaraq, könüllülərin uğur qazanacaqlarına inandıqlarını bildiriblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsində onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər, könüllü kimi 3 aylıq fəaliyyətləri dövründə öz ixtisasları üzrə və ümumi dünyagörüşlərinin inkişafı baxımından müsbət təcrübə qazandıqlarını nəzərə çatdırıblar.

Dağdan parlament kürsüsünə transfer olanlar

4 Noyabr 2016 15:33

Ötən gecə Türkiyənin atmış olduğu radikal addım bu ölkəni yenidən dünya diqqətinə daşıdı. Xəbərlərdən də aydın olduğu kimi qardaş ölkənin hüquq-mühafizə orqanları PKK terror təşkilatının siyasi qanadı sayılan HDP-yə qarşı əməliyyat həyata keçirərək sözügedən partiyanın 10-dan çox fəalını həbs edib.

MTRŞ: Narazılığa səbəb olan verilişlər nəzarət altındadır

4 Noyabr 2016 15:27

“İctimaiyyətin narazılığına səbəb olan, sosial şəbəkələrdə çoxluq tərəfindən obyektiv şəkildə tənqid edilən verilişlər nəzarət altındadır”.

Azərbaycan diasporu Rusiyada keçirilən paradda iştirak edib

4 Noyabr 2016 15:28

Azərbaycan Moskvada “Xalqların Birliyi Günü” adlı paradda iştirak edib.  ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdilinin “OLAYLAR”-a verdiyi  məlumata görə paradda Azərbaycan diasporunun üzvləri bə tələbələr fəal iştirak ediblər. Ümumrusiya azərbaycanlıları konqresi , “Azərbaycan mədəniyyətinin inkişaf və intibah” Fondu və “Azərbaycan-Slavyan” Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin qatıldığı paradda yüzlərlə həmyerlimiz Azərbaycan bayraqları dalğalandırılıb və Azərbaycanla bağlı şüarlar səslən irilib . Həmçinin “Qarabağ” ansamblının milli musiqi nömrələri də tədbir boyu ifa edilib. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva üzrə rəhbəri Şamil Tağıyev APA-ya bildirib ki, paradda azərbaycanlılar fəal iştirak ediblər.

Şamaxının Mədrəsə kəndində sürüşmə sahəsində təhlükəli vəziyyət yaranıb

4 Noyabr 2016 15:26

“20-yə yaxın ev hər an sürüşməyə məruz qala bilər” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası Şamaxı rayonundakı mövcud sürüşmə sahələrində monitorinqlərə başlayıb.

İnterpol 34 yaşlı azərbaycanlını axtarır

4 Noyabr 2016 15:24

Daha bir azərbaycanlı İnterpol vasitəsilə axtarışa verilib. Olaylar.az Trend-ə istinadən bildirir ki, Bakı şəhərində anadan olan, 1982-ci il təvəllüdlü Emin Səmədov külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur.

Bir qab yemək verib təcavüz etdilər: "Məni zorlayan gün..."

4 Noyabr 2016 15:07

Nigeriyada Boko Haram (radikal islamçı təşkilat) dəhşətindən qaçıb ölkənin şimalındakı düşərgəyə sığınan qadınlara polislərin təcavüz etməsi barədə məlumatlar yayılıb.

Bəkir Bozdağ: "Saxlanılan HDP deputatları hüquqa hörmətsizlik ediblər"

4 Noyabr 2016 15:05

Türkiyədə saxlanılan millət vəkilləri hüquqa hörmətsizlik ediblər. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu ədliyyə naziri Bəkir Bozdağ deyib. Nazir Xalqların Demokratik Partiyasından (HDP) olan deputatların bəzilərinin saxlandığını bildirib: "15 millət vəkili saxlanılıb".

Qarabağda baş kəsən general hakimiyyətə gəlir 

4 Noyabr 2016 15:01

Dağlıq Qarabağdakı qondarma "rejimdə" kadr dəyişikliyi baş verib. Virtualaz.org xəbər verir ki, "deputat" Vitali Balasanyan "təhlükəsizlik şurası"nın katibi təyin olunub. İndiyə qədər bu vəzifəni tutan Viktor Köçəryan isə Balasanyana müavinlik edəcək.

“Yol hərəkəti haqqında” qanuna dəyişikliyin hansı müsbət nəticələri olacaq?

4 Noyabr 2016 14:59

Zaman-zaman mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməklə onlar günümüzün tələblərinə uyğunlaşdırılır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ötən illər ərzində əksər qanunlara əlavə və dəyişikliklər edilməklə onlar daha da təkmilləşdirilib. Nəticədə həmin qanunlar günümüzün tələbinə cavab verib. Hazırda payız mövsümünün iş planına olaraq da Mili Məclisin bir sıra qanunlara əlavə və dəyişikliklər edəcəyi nəzərdə tutulur. Bunlardan biri də “Yol hərəkəti haqqında” qanundur.  Xəbər verildiyi kimi par lament tərəfindən “Yol hərəkəti haqqında” Qanuna yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bəs görəsən bu dəyişikliklər nədən ibarətdir və qanuna edilən dəyişikliklər hansı müsbət məqamlara səbəb olacaq?

Şikayət yerində araşdırılıb

4 Noyabr 2016 14:57

Nərimanov rayonu Əliyar Əliyev küçəsi 25 ünvanında ağacların kəsilməsi ilə bağlı 03 noyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə şikayət daxil olub. Şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Xəzər Dəniz Gəmiçiliyində audit keçirilir

4 Noyabr 2016 14:49

2016-cı ilin 31 oktyabrından başlayaraq nüfuzlu təsnifat və sertifikatlaşdırma qürumu olan “Amerika Gəmiçilik Bürosu”  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də beynəlxalq auditə start verib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, Audit 2015-ci ilin IV rübündən tətbiq edilən “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi” (TKİS) İSO 9001:2015 (Keyfiyyətin Menecmenti),  İSO 14001:2015 ( Ekoloji Menecment), İSO 50001:2011 ( Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001:2007 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarına uyğun aparılır. Audit idarəetmə aparatınınstruktur bölmələrində və TKİS-in əhatə dairəsini genişləndirmək məqsədilə ”Yarenqa” yedək-təchizat və “Şirvan” kran gəmilərində də keçiriləcək.

Bakı-Sumqayıt qatarlarında gediş haqqı ucuzlaşdı

4 Noyabr 2016 14:48

Noyabr ayının 5-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiyməti aşağı salınacaq. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti yayıb. Bildirilib ki,   Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiymətində dəyişiklik ediləcək. Belə ki, Bakı-Sumqayıt (Sumqayıt-Bakı) istiqamətində “biznes-klass” vaqonlarında gediş haqqı 1 manat 60 qəpikdən 1 manat 20 qəpiyə endiriləcək.

“Azəriqaz” İB “ASAN” xidmət vasitəsi ilə 10996 istehlakçıya xidmət edib

4 Noyabr 2016 14:47

Cari ilin oktyabr ayı ərzində Bakı şəhərindəki 1, 2, 3, 4, 5 saylı, eləcə də Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 10996 müraciət daxil olub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.