Dağdan parlament kürsüsünə transfer olanlar

Ötən gecə Türkiyənin atmış olduğu radikal addım bu ölkəni yenidən dünya diqqətinə daşıdı. Xəbərlərdən də aydın olduğu kimi qardaş ölkənin hüquq-mühafizə orqanları PKK terror təşkilatının siyasi qanadı sayılan HDP-yə qarşı əməliyyat həyata keçirərək sözügedən partiyanın 10-dan çox fəalını həbs edib.

Yaxud HDP-ni terror planları kimə və nəyə xidmət edir?

Ötən gecə Türkiyənin atmış olduğu radikal addım bu ölkəni yenidən dünya diqqətinə daşıdı. Xəbərlərdən də aydın olduğu kimi qardaş ölkənin hüquq-mühafizə orqanları PKK terror təşkilatının siyasi qanadı sayılan HDP-yə qarşı əməliyyat həyata keçirərək sözügedən partiyanın 10-dan çox fəalını həbs edib. Həbs edilənlər srasında HDP-nin sədri Səlahəddin Dəmirtaş da olub. Ümumilikdə antiterror kampaniyası  çərçivəsində həyata keçirilən əməliyyat zamanı HDP-nin Səlahəddin Dəmirtaş daxil olmaqla Türkiyə Böyük Millət Məclisində təmsil olunan 11 deputatı həbs edilib. Təkcə HDP sədri Dəmirtaş barədə irəli sürülən ittihamlara nəzər yetirdikdə bu partiyanın açıq-aşkar terrorla məşğul olduğu ortaya çıxır. Baxmayaraq ki, HDP yarananda yalnız siyasi məqsədlər, mübarizəni siyasi məcrada aparmağə qarşıya məqsəd qoyub, lakin partiyanın ötən illərdəki fəaliyyətind siyasətdən daha çox terrorçu bir mövqe müşahidə edilib. Bu səbəbdən Dəmirtaşa qarşı irəli sürülən ittihamlar da olduqca "rəngarəng"dir. Belə ki, Səlahəddin Dəmirtaş cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, silahlı terror təşkilatına üzv olmaq, təşkilat adından cinayət törətmək, Türkiyə Cümhuriyyətini açıq-aşkar təhqir etmək, terror təşkilatının təbliğatını aparmaq, türk milləti, cümhuriyyəti və Türkiyə Böyük Millət Məclisini, prezidenti, dövlətin hərbi və polis təşkilatını açıq-aşkar təhqir etməkdə ittiham olunur. Həmçinin Dəmirtaş PKK-nın təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etməkdə də  ittiham olunur. Eləcə də həbs edilən digər HDP-lilərin də cinayət dosyası kifayət qədər qabarıqdır. Partiyanın həmsədri Figen Yüksekdağ cinayət törətmək məqsədilə təşkilat yaratmaq, terror təşkilatı təbliğ etmək, Türkiyə dövləti, hökuməti və məhkəməsini aşağılamaqda günahkar bilinir.

HDP-nin Ankaradan olan deputatı Sırrı Sürəyya Önder sərbəst toplaşmaq haqqında qanunu pozmaq, cinayət törətmək məqsədilə təşkilat yaratmaqda ittiham olunur.  HDP Hakkari millət vəkili Selma Irmak da terror təbliğatı aparmaqla yanaşı təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilmiş terrorçunun meyitinin morqdan qaçırılaraq ona izdihamlı dəfn mərasimi təşkil etməkdə ittiham olunur. Son məlumatlara görə, antiterror əməliyyatları çərçivəsində həbs edilən HDP-ni millət vəkillərindən biri azadlığa buraxılıb. Digər millət vəkilləri barəsində isə araşdırma və soğu-sual davam edir. Maraqlı və təssüf doğuran məqamlardan biri ondan ibarətdir ki, Türkiyə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi antiterror əməliyyatı Qərbdən, bəzi Avropa dövlətləri tərəfindən qınanılıb. Ankaraya ünvanlanan etiraz bəyanatlarında terror təşkilatı ilə əlaqədə olan millət vəkillərinin həbsi təqdir edilməyib. Əslində qeyd edilən daiurələrin narahatçılığı da başadüşüləndir. Çünki, məhz son proseslərə etiraz edən xarici güclərdir ki, illərlə PKK-nı, onun hazırda həbsdə olan lideri Abdulla Öcalanı, eləcə də bu gün siyasi partiya kimi fəaliyyət göstərən, lakin reallıqda terrorla məşğul olan HDP-ni z qoltuqları  altında saxlayıb, onları bəsləyiblər. Zamanı çatanda isə onlardan Türkiyə dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər. Bu gün həmin istifadəçilərin aradan qaldırılması təbii ki, Türkiyəyə PKK əli ilə təsir göstərmək istəyən xarici dairələrin maraqlarına ziddir. Ona görə də Ankaranın atmış olduğu addımlar qəbul edilmir. Ancaq reallıq ondan ibarətdir ki, kimin qəbul edib-etməməsindən asılı olmayaraq Türkiyə dövləti öz yolu ilə addımlayır və bu yoldan onu heç bir xarici güc dönbdərə bilməz.

Türkiyədə antiterror kampaniyası çərçivəsində əməliyyatlar həyata keçirdiyi bir ərəfədə ağıla gələn ilk sual ondan ibarətdir ki, rəsmi Ankaranın indiki məqamda belə bir addım atmasına zərurət nə idi? Hətta İŞİD-ə qarşı mübarizə çərçivəsində Mosulda hərbi əməliyyatlara qoşulmaq istəyinin qarşılığında Türkiyənin daxildə yeni bir problemə rəvac verməsini doğru addım saymayanlar da var. Ancaq reallıq ondan ibarətdir ki, PKK və onun siyasi qanadı sayılan HDP indiki məqamda Türkiyənin əsas diqqətinin İraqa, İŞİD-lə mübarizəyə yönəlməsindən xaincəsinə yararlanmaq istəyir. Diqqətlərin xaricı yönəlməsi fonunda HDP-nin yetişdirdiyi terroçuların, canlı bombaların Türkiyənin müxtəlif vilayətlərində terror aksiyaları həyata keçirməsi Türkiyə dövlətini İraqdan geri addım atmağa məcbur edər. Geri addım atılma isə İraqdakı PKK terror təşkilatınıən rahat nəfəs alması, manevrlər etməsinə şərait yaradar. Hazırkı şəraitdə Türkiyənin İraq və Suriya ilə sərhəddə canlı və hərbi texnika toplaması hər iki ölkədə PKK və YPG-nın manevr imkanlarını daraldıb. Terrorçular tam əmindirlər ki, Türkiyə hər iki ölkəyə sözün həqiqi mənasında daxil olacağı tarix terror təşkilatları üçün iflas günü olacaq. Ona görə də hər vasitə ilə Türkiyəni bu addımdan yayındırmağa çalışırlar. Hər halda Diyarbəkirdə həyata keçirilən son terror aktı da məhz buna hesablanmışdı.  Məlumat üçün qeyd edək ki, PKK terror təşkilatının Diyarbəkirin Bağlar bölgəsində həyata keçirdiyi terro aksiyası zamanı 10-a yaxın şəxs həlak olub, yüzlərlə insan müxtəlif dərəcəli xəsarət alıb.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31