Xəzər Dəniz Gəmiçiliyində audit keçirilir
2016-cı ilin 31 oktyabrından başlayaraq nüfuzlu təsnifat və sertifikatlaşdırma qürumu olan “Amerika Gəmiçilik Bürosu” “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də beynəlxalq auditə start verib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, Audit 2015-ci ilin IV rübündən tətbiq edilən “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi” (TKİS) İSO 9001:2015 (Keyfiyyətin Menecmenti), İSO 14001:2015 ( Ekoloji Menecment), İSO 50001:2011 ( Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001:2007 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarına uyğun aparılır. Audit idarəetmə aparatınınstruktur bölmələrində və TKİS-in əhatə dairəsini genişləndirmək məqsədilə ”Yarenqa” yedək-təchizat və “Şirvan” kran gəmilərində də keçiriləcək.
4 Noyabr 2016 14:49 Sosial2016-cı ilin 31 oktyabrından başlayaraq nüfuzlu təsnifat və sertifikatlaşdırma qürumu olan "Amerika Gəmiçilik Bürosu" "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də beynəlxalq auditə start verib. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, Audit 2015-ci ilin IV rübündən tətbiq edilən "Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi" (TKİS) İSO 9001:2015 (Keyfiyyətin Menecmenti), İSO 14001:2015 ( Ekoloji Menecment), İSO 50001:2011 ( Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001:2007 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarına uyğun aparılır. Audit idarəetmə aparatınınstruktur bölmələrində və TKİS-in əhatə dairəsini genişləndirmək məqsədilə "Yarenqa" yedək-təchizat və "Şirvan" kran gəmilərində də keçiriləcək. Audit zamanı sahil və üzən obyektlərdə işin təşkili və sənədləşmənin TKİS-ə və beynəlxalq idarəetmə standartlarına uyğunluq səviyyələri müəyyənləşdiriləcək və aidiyyati xidmətlərlə araşdırılaraq təhlil ediləcək. Qeyd edək ki, audit noyabrın 7-dək davam edəcək