Gündəm

Rusiyanın Tambov şəhərində general Naxçıvanskinin büstü qoyulub

4 Noyabr 2016 16:35

Rusiyanın Tambov şəhərindəki Qraf Vorontsov-Daşkov adına Kazak kadet məktəbində Rusiya imperiyasının general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskinin büstünün açılış mərasimi keçrilib.

Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Milli Kitabxanada olub

4 Noyabr 2016 16:34

Noyabr ayının 04-də Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri cənab Dan İanku Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru prof. Kərim Tahirov qəbul edib.

Balkanlardakı qardaşı Rusiyadan imtina etdi

4 Noyabr 2016 16:30

Serbiya Avrasiya İttifaqı ilə razılaşma imzalamağı planlaşdırır. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Xarici İşlər naziri İvitsa Daçiç söyləyib.

“Hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır”

4 Noyabr 2016 16:28

Deputat “Türk dünyasının ortaq problemləri” konfransını keçirib Millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarında “Türk dünyasının ortaq problemləri” adlı konfrans keçirib. Millət vəkili konfransda Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağıraraq, bunun vacibliyindən geniş danışıb.

Yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhət və tövsiyələri verilib

4 Noyabr 2016 16:20

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Səbail rayon Məşğulluq Mərkəzi 49 saylı «İntellekt» liseyində gənclərin düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü tədbiri keçirib. Tədbirdə həmin liseylə bərabər, rayondakı orta məktəblərin yuxarı siniflərindən də şagirdlərin iştirakı təmin olunub.

Elşad Həsənov: “Azərbaycanda “siyasi məhbus” yoxdur, bunun əksini iddia edənlər...” - AÇIQLAMA!

4 Noyabr 2016 16:08

“Azərbaycanda “siyasi məhbus” yoxdur. Bunu əksini iddia edənlər Azərbaycanın inkişafını istəməyən adamlardılar. Azərbaycanda söz və sərbəst toplaşmaq azadlığı ən yüksək səviyyədə təmin olunub. Hər bir azərbaycanlı qanunla müəyyən olunmuş formada öz hüquqlarından sərbəst şəkildə istifadə edir”.

Müşfiq Ələsgərli: "Bu təşkilatlar siyasi sifariş xidmətçiləridir"-  MÜNASİBƏT

4 Noyabr 2016 16:05

“Sərhədsiz Reportyorlar”, “Freedom House” və digər bu kimi beynəlxalq təşkilatlar var ki, onların siyasi sifariş yetirmələri, erməni lobbisinin təsiri altında olması təsdiq olunmuş faktdır”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

İlk Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək

4 Noyabr 2016 16:03

Dekabrın 1-də Bakıda ilk Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək. Milli.Az bildirir ki, bu barədə Trend Amerika-Azərbaycan Ticarət Palatasına istinadən məlumat verir.

Cəbhə bölgəsində zirehli texnika bölmələrinin döyüş atışlı təlimləri başlayıb 

4 Noyabr 2016 16:01

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cəbhə bölgəsində yerləşən hərbi poliqonlarda keçirilən təlim məşqlərinin əsas məqsədi tank və digər zirehli texnika bölmələrinin döyüş qabiliyyətlərinin artırılması, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, döyüş ruhu və mənəvi-psixoloji durumun yüksəldilməsindən ibarətdir.

Odlu silahı polisə könüllü təhvil verib

4 Noyabr 2016 15:53

Nardaran sakini qəsəbə ərazisindən odlu silah tapıb. DİN-dən verilən məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ələddin Əsədov tapdığı nömrəsi silinmiş ov tüfəngini və 9 ədəd patronu könüllü olaraq 42-ci PB-yə təhvil verib. 

Pilot xanımı nazirlə görüşəcək

4 Noyabr 2016 15:54

Keçən il Türkiyə səmasından Suriyaya uçarkən öldürülən rusiyalı pilotun xanımı Yelena Peşkova Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşməyə razılıq verib.Çavuşoğlu Rusiya kanalına verdiyi müsahibəsində pilotun ailəsini ziyarət etmək istədiyini bildirib. Bundan əlavə nazir qeyd edib ki: “biz zamanında ailəyə yardım etməyitəklif etmişdik.Lakin, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya tərəfindən lazimlı tədbirlərin görüləcəyini bildirdi.Əgər, xanım qəbul edərsə, həyat yoldaşımla birgə ailəni ziyarət edib, üzüntümüzü bir daha bildirmək istərdim”.

Xadimənin çantasını oğurlayan ələ keçib

4 Noyabr 2016 15:52

Noyabrın 3-də Xətai rayonu ərazisində yerşələn mağazalardan birinə gəlmiş naməlum şəxs orada xadimə işləyən Bakı şəhər sakini Ülkər Məhərrəmovaya məxsus içərisində 400 manat pul olan çantanı soyğunçuluq yolu ilə aparıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Fikrət Feyziyev tutulub. Araşdırma aparılır. 

Bakıda 19 yaşlı qız maşın qaçırdı 

4 Noyabr 2016 15:51

Noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib. Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılaraq onu idarə edən Bakı şəhər sakini, 19 yaşlı Aygün Hüseynova ilə birgə 15-ci PB-yə təhvil verilib.

Quldurluq edən 6 aydan sonra tutuldu

4 Noyabr 2016 15:48

Cari il mayın 16-da Ağstafa rayon sakini Səmayə Baxşıyevaya məxsus evdən quldurluq yolu ilə 1800 manat və 13100 ABŞ dolları pul, habelə 1000 ABŞ dolları dəyərində qızıl əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aparmaqda şübhəli bilinən Yenigün kənd sakini Nəsib Tağıyev tutulub. Daha 1 nəfər isə müəyyən edilib. Hazırda əməliyyat-axtarış işləri davam edir. 

Oqtay Əsədov Türkiyə səfirini qəbul edib

4 Noyabr 2016 15:47

Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib. “Olaylar” xəbər verir ki, sədr qonağı qardaş Türkiyənin Azərbaycanda səfiri təyin olunması münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Bildirib ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri, bu səfərlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır.