Oqtay Əsədov Türkiyə səfirini qəbul edib
Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib. “Olaylar” xəbər verir ki, sədr qonağı qardaş Türkiyənin Azərbaycanda səfiri təyin olunması münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Bildirib ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri, bu səfərlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır.
4 Noyabr 2016 15:47 SosialMilli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib. "Olaylar" xəbər verir ki, sədr qonağı qardaş Türkiyənin Azərbaycanda səfiri təyin olunması münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Bildirib ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri, bu səfərlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır. Spiker əlaqələrimizin daha da dərinləşməsində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib. O, V çağırış Milli Məclisin Sədri kimi ilk rəsmi səfərini də məhz Türkiyəyə etdiyini söyləyib. Spiker səfirin gələcək fəaliyyətində onsuz da yüksək səviyyədə olan siyasi, iqtisadi, mədəni, humanitar, elmi və sosial sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsində əlindən gələni əsirgəməyəcəyinə inamını ifadə edib. Qeyd edib ki, mühüm əhəmiyyət daşıyan TANAP və TAP layihələrinin həyata keçirilməsində hər iki ölkə fəal iştirak edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin reallaşması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olmuşdur. Cənub qaz dəhlizinin müvəffəqiyyətlə başa çatması isə bu sahədə mühüm uğur olacaqdır. Sədr Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrası nəticəsində bütün türk dünyasının yeni Dəmir İpək Yolu ilə birləşəcəyini, ölkələrimizin beynəlxalq aləmdə önəminin daha da artacağını söyləyib. Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Cümhuriyyətinin Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoral ulu öndər Heydər Əliyevin söylədiyi kimi "bir millət iki dövlət" olan Türkiyə ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, bu yolda gərəkli addımlar atacağını deyib. Bildirib ki, dost və qardaş Türkiyə ilə Azərbaycan arasında həll olunmamış heç bir problem yoxdur. Bizim münasibətlərimiz digər ölkələr üçün də nümunə ola bilər. Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, regiondakı ictimai-siyasi durum və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.