“Hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır”
Deputat “Türk dünyasının ortaq problemləri” konfransını keçirib Millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarında “Türk dünyasının ortaq problemləri” adlı konfrans keçirib. Millət vəkili konfransda Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağıraraq, bunun vacibliyindən geniş danışıb.
4 Noyabr 2016 16:28 SosialDeputat "Türk dünyasının ortaq problemləri" konfransını keçirib
Millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarında "Türk dünyasının ortaq problemləri" adlı konfrans keçirib. Millət vəkili konfransda Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağıraraq, bunun vacibliyindən geniş danışıb. Türk və Müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş fəal gənclərin qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva "Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq"-, deyib. O, gənclərə səslənərək deyib: "Topluma örnək olaraq bugünkü, eləcə də gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib, önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmişimizi və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq". Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili bildirib ki, güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik: " Qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkdir. İnanıram ki, gənclərimizin əksəriyyəti, məhz, bu ruh və düşüncəyə sahib olacaqlar. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir", Azərbaycan Prezidenti İlham Əliyevin "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür" düşüncəsini xüsusi vurğulaçaq istəyirəm".