Balkanlardakı qardaşı Rusiyadan imtina etdi

Serbiya Avrasiya İttifaqı ilə razılaşma imzalamağı planlaşdırır. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Xarici İşlər naziri İvitsa Daçiç söyləyib.

Serbiya Avrasiya İttifaqı ilə razılaşma imzalamağı planlaşdırır. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Xarici İşlər naziri İvitsa Daçiç söyləyib.

Onun sözlərinə görə, Belqrad Avrasiya İttifaqının bütün üzvlərini razı salacaq razılaşma imzalamaq niyyətindədir:

"Bizim ölkə Avrasiya İttifaqının bir sıra üzvləri ilə azad ticarət haqqında müqaviləyə sahibdir. Belqrad indi Avrasiya İttifaqının bütün üzvlərini razı salacaq razılaşma imzalamağı planlaşdırır. Bizim Rusiya ilə sıx əlaqələrimiz var. Buna rəğmən, Belqrad gələcəkdə Avropa Birliyinin üzvü olmaq istəyir".

Qeyd edək ki, Avrasiya İttifaqı 2015-ci ildə yaranıb. Təşkilata Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan daxildir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31