Gündəm

Qanunsuz valyuta mübadiləsi əməliyyatları aparanlar var - RƏSMİ

4 Noyabr 2016 17:32

"Maliyyə Bazarlarına Nəzarət Palatası bazarda baş verən qanunsuzluqları diqqətdən kənarda qoymur". "APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Uşaqlar üçün zərərli qidalar

4 Noyabr 2016 17:31

Amerika Pediatr  Akademiyası uşaqlar üçün zərərli qidaların siyahısını açıqlayıb.Araşdırmalara görə bu qidalar uşaqların sağlamlığı üçün böyük təhlükədi. Testlər Londonun Metropolitan Universitetinin mütəxəsisləri tərəfindən 6 – 10 yaş qrupunda olan, 12 uşaq arasında aparılıb. Sadalanan qidaları yeyərkən uşaqların üzlərindəki ifadələr əsas götürülüb. Uşaqları üçün zərərli qidalar aşağıdakılardı.

Türkiyədə PKK-çı deputatların həbsi - dövlət öz bütövlüyünü qoruyur - ŞƏRH

4 Noyabr 2016 17:27

Müasir dünyada bir sıra hadisələr nəzərə alınmasa da, BMT kimi beynəlxalq hüquq da mövcuddur. BMT və beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyü məsələsinə sadiqdir. Yoxsa ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və başqa bu sayaq çoxetnoslu dövlətlər küçələrədək parçalanardı. Deməli, bu parçalanmanın qarşısını almaq üçün insanlar Yer planetində qurduqları dünya adlı məkanda bir-biri ilə münasibətləri qanunlarla tənzimləyirlər. Bunun da nisbi olduğunu və qanunların da insanlar tərəfindən yazıldığını nəzərə alsaq, qanunların da dəyişdirilməsinin mümkünlüyü ortaya çıxar. 

Çovdarovun mühafizəçiləri rəisin qardaşını silahla təhdid edib

4 Noyabr 2016 17:24

Ləğv edilmiş MTN-dəki Mahmudov-Çovdarov mütəşəkkil qruplaşmasının sahibkarları ovlayıb soyması, mal-mülkünü, pullarını qəsb etməsi təkcə Bakı şəhəri ilə məhdudlaşmırdı. Vaxtilə bölgələrdə də qruplaşmanın bu əməllərindən xeyli ziyan çəkənlər olub.

Türkiyənin Almaniyadakı nümayəndəsi XİN-ə çağırıldı

4 Noyabr 2016 17:23

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyənin diplomatik missiyasında müvəqqəti nümayəndənin nazirliyə çağırılmasına dair göstəriş verib.

Nazirlikdən "O səs Türkiyə" açıqlaması

4 Noyabr 2016 17:21

TV-8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsi qardaş ölkədə olduğu qədər Azərbaycanda da populyardır. Son 3 ildir ki, azərbaycanlı ifaçılar müsabiqəyə axın edir. Onlardan bir çoxu göstərdiyi performans ilə münsifləri heyran etməyi bacarıb. Hətta müsabiqənin qalibi olan həmyerlimiz də var. Belə ki, "Eurovision"da ölkəmizi ilk dəfə təmsil edən Elnur Hüseynov səsi ilə hər kəsi təəccübləndirərək müsabiqənin qalibi olmuşdu. 

Toya mərmi atdılar: 11 ölü, 12 yaralı

4 Noyabr 2016 17:19

Əfqanıstanın şimalındakı Faryab vilayətində bir toya minatanla atəş açılıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, nəticədə 11 sakin dünyasını dəyişib. Aralarında qadınların da olduğu 12 nəfər isə ağır yaralanıb.

“Qərb”in siyasətçiləri, diplomatları, alimləri və... 25 illiyi

4 Noyabr 2016 17:17

Anar Ələkbərov, Fariz İsmayılzadə, Nərgiz Qurbanova, Saida İbrahimova, Vüqar Əliyev, Liya Bayramova, Cəsarət Valehov, Nərgiz Nəsrullayeva, Fuad Kərimov, Kamran Kəlpəliyev, Fərid Cəfərov və digərləri. Siyasətçi, diplomat və sair peşələrə sahib olub tanınsalar da onları birləşdirən bir nöqtə var... 

Arzu Rəhimov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş hərbi attaşesi ilə görüşüb

4 Noyabr 2016 17:15

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında yeni təyin olunmuş hərbi attaşesi briqada generalı Zafer Ocak ilə görüşüb. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib.

Gənclər arasında dini radikalizmə qarşı mübarizə müzakirə edilib

4 Noyabr 2016 17:14

Noyabrın 4-də Masallı  şəhər Gənclər Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər arasında dini radikalizmə qarşı mübarizədə Azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda konfrans təşkil olunub.

Afaq Aslan: "1 milyona yaxın məbləğə Türkiyədə bir film üçün soyundum"

4 Noyabr 2016 16:50

Müğənni Afaq Aslan Türkiyədə filmə çəkilir. Müğənni  bildirib ki, yeni rol aldığı filmdə açıq-saçıq səhnələr yer alıb: "Xeyli vaxt idi ki, Azərbaycandan və Türkiyədən film təklifləri alırdım. Amma onların bir çoxu ürəyimcə deyildi. Həm də yaradıcılıq işləri ilə bağlı Türkiyədə bir neçə müqavilə bağladım. Yəni, müqaviləyə əsasən, razılıq olmadan, mən yeni nəsə edə bilməzdim. Xatırlayırsınızsa mən açıqlama vermişdim ki, "1 milyon versələr hansısa layihə üçün soyunaram”. Bu açıqlamam çox müzakirə olundu. Hətta buna görə məni tənqid edənlər oldu. Amma təxminən bu məbləğə yaxın bir qiymətə razı olub, Türkiyədə bir film üçün soyundum. Öncədən deyim ki, bu film Azərbaycanda çox səs-küyə səbəb olacaq. Müqaviləyə görə daha ətraflı açıqlama verə bilmərəm. Mən özümü bir aktrisa kimi də sınamaq istəyirəm. Kimlərinsə tənqidi mənim üçün önəmli deyil”.

Türkiyədə daha bir HDP-li millət vəkili həbs olundu

4 Noyabr 2016 16:48

Türkiyədə polis tərəfindən saxlanılmış müxalifətdən olan millət vəkillərindən daha biri məhkəmə qərarı ilə həbs edilib. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu, Xalqların Demokratik Partiyasının (HDP) üzvü İdris Balukəndir.

Muzey sərvətlərinin elektron portalının təqdimatı keçirilib

4 Noyabr 2016 16:46

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində muzey sərvətlərinin elektron portalının təqdimat mərasimi keçirilib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki,  tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin aidiyyəti üzrə əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən muzeylərin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən nazir müavini Sevda Məmmədəliyeva Mədəniyyət və Turizm Nazirliyi sistemində 219 muzey müəssisəsinin fəaliyyət göstərdiyini bildirib. Son illər ölkəmizdə muzey işinin təşkili sahəsində görülən işlərdən danışıb. Vurğulanıb ki, muzey işinin inkişaf etdirilməsi mədəni irsimizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması üçün həyata keçirilən dövlət strategiyasının əsas hissəsidir. dıracaq. Daha sonra “Adzone” şirkəti tərəfindən hazırlanan muzey sərvətlərinin elektron portalının təqdim olunub.

AzTU-da xalq şairi Səməd Vurğunun 110 illiyi qeyd olunub

4 Noyabr 2016 16:44

Azərbaycan Texniki Universitetində (AzTU) XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qələmi, ictimai fəaliyyəti ilə özünün ədəbi məktəbini yaratmış Səməd Vurğunun 110 illiyi qeyd olunub.  Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbiri giriş sözü ilə açan AzTU-nun tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov bildirib ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutub. Onun qələmindən çıxan şeirlərin, poemaların çox hissəsi uşaqlı-böyüklü hər kəsin dilində əzbərdir. Azərbaycan xalqının ədəbi düşüncəsi, bədii təfəkkür ənənəsi Səməd Vurğun poeziyasında öz yüksək haqqını alıb. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvləri -Buludxan Xəlilov və Cığatel İsaqızı çıxış edərək ölməz şairin poeziyasının ədəbi gücündən danışıblar. Natiqlər bildiriblər ki, Səməd Vurğun Azərbaycanı təkcə keçmiş Sovetlər Birliyində deyil, bütün dünyada layiqincə təmsil edib. Qeyd olunub ki, Vurğunun təkcə tarixi poemaları həmin dövrün bütün xüsusiyyətlərini, mənzərəsini müfəssəl şəkildə göz önünə gətirir. "Azərbaycan” şeiri qədər heç bir obraz, metafora, epiteti olmayan ikinci bir şeir tapılmaz deyən ədiblər onun ədəbi nümunələrinin  zəngin olduğu qədər sadəliyini də vurğulayıblar. Sonda bədii hissə başlayıb və Səməd Vurğun yaradıcılığından ən məşhur şeirlər səsləndirilib, səhnələr nümayiş olunub.

Azərbaycanda ənənəvi islam və onun əsas xüsusiyyətləri

4 Noyabr 2016 16:41

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Quba rayon Zizik kənd məscidi dini icmasının təşkilatçılığı ilə Zizik kəndində “Ənənəvi İslam və multikultural dəyərlərin təbliği” adlı layihə çərçivəsində “Azərbaycanda ənənəvi islam və onun əsas xüsusiyyətləri” adlı tədbir keçirilib.