Muzey sərvətlərinin elektron portalının təqdimatı keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində muzey sərvətlərinin elektron portalının təqdimat mərasimi keçirilib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki,  tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin aidiyyəti üzrə əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən muzeylərin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən nazir müavini Sevda Məmmədəliyeva Mədəniyyət və Turizm Nazirliyi sistemində 219 muzey müəssisəsinin fəaliyyət göstərdiyini bildirib. Son illər ölkəmizdə muzey işinin təşkili sahəsində görülən işlərdən danışıb. Vurğulanıb ki, muzey işinin inkişaf etdirilməsi mədəni irsimizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması üçün həyata keçirilən dövlət strategiyasının əsas hissəsidir. dıracaq. Daha sonra “Adzone” şirkəti tərəfindən hazırlanan muzey sərvətlərinin elektron portalının təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində muzey sərvətlərinin elektron portalının təqdimat mərasimi keçirilib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki,  tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin aidiyyəti üzrə əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən muzeylərin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən nazir müavini Sevda Məmmədəliyeva Mədəniyyət və Turizm Nazirliyi sistemində 219 muzey müəssisəsinin fəaliyyət göstərdiyini bildirib. Son illər ölkəmizdə muzey işinin təşkili sahəsində görülən işlərdən danışıb. Vurğulanıb ki, muzey işinin inkişaf etdirilməsi mədəni irsimizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması üçün həyata keçirilən dövlət strategiyasının əsas hissəsidir. dıracaq. Daha sonra "Adzone" şirkəti tərəfindən hazırlanan muzey sərvətlərinin elektron portalının təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31