Gündəm

Azərbaycanda çıxış etmiş futbolçu PAOK-un məğlubiyyətini şərh etdi

4 Noyabr 2016 18:15

Yunanıstan PAOK-unun futbolçusu Fakundo Pereyra Avropa Liqasının IV tur matçında "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti şərh edib. Olaylar.az  report-a istinadən bildirir ki, argentinalı hücumçu ev oyununda xal qazana bilməmələrindən sonra növbəti mərhələ şanslarının çox çətinləşdiyini bildirib. İkinci hissədə oyuna daxil olan Pereyra deyib ki, az və ya çox oynamasına rəğmən, fakt ortalıqdadır.

Amerikalı idmançının döyüşdən imtina etdiyi azərbaycanlı

4 Noyabr 2016 18:14

Azərbaycan bayrağını dalğalandırmaqdan qürur duyuram. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, bu sözləri İtaliyanın Karrar şəhərində qələbə qazanan Azərbaycan Kikboksinq Federasiyasının üzvü, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və 12 may klubunun idmançısı dünya çempionu Elnur Həmidov bildirib:

SOS: Azərbaycanda "duzlu" TƏHLÜKƏ

4 Noyabr 2016 18:03

Azərbaycanda satılan duzun əksər hissəsi insan sağlamlığı üçün təhlükəlidir. Olaylar.az bildirir ki, bu haqda modern.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovməlumat verib.

Biznesmen ərini öldürən tibb bacısının məhkəməsi yekunlaşdı

4 Noyabr 2016 18:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son dəqiqə: Türkiyədə təyyarə qəzaya uğradı

4 Noyabr 2016 18:00

Kahramanmaraşda bir kəşfiyyat təyyarəsinin qəzaya düşdüyü haqda xəbər yayılıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, saat 14.30 radələrində təhlükəsizlik orqanlarına Tekir Məhəlləsi yaxınlığında bir kəşfiyyat təyyarəsinin qəza xəbəri verilib. Hərəkətə keçən təhlükəsizlik qrupları şəhər mərkəzindən 40 kilometr uzaqlıqda yerləşən əraziyə yollanıblar.

Nardaran ziyarətgahına təbii qaz verildi

4 Noyabr 2016 17:59

Bakının Nardaran qəsəbəsindəki "Rəhimə xanım" ziyarətgahına təbii qaz verilib. Olaylar.az bildirir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşıİbrahim Kərbəlayev bildirib.

"10 min manat pul vermişəm" - Məşhur yazıçının oğlunun MƏHKƏMƏSİNDƏ

4 Noyabr 2016 17:58

Dələduzluqda təqsirləndirilən tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəməsi davam edib.

WhatsApp-da narkomaniya reklam olunur

4 Noyabr 2016 17:56

Dünyanın ən populyar mobil messenceri sayılan WhatsApp-da narkotik maddələrin və narkomaniyanın kütləvi, genişmiqyaslı reklamı müşahidə olunur.

"Əri olmayanda evə kişi gətirirdi" - Zərdabdakı qətlin TƏFƏRRÜATI

4 Noyabr 2016 17:49

Bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızını öldürüb.

Tibb Universitetində maraqlı tədbir

4 Noyabr 2016 17:46

Daxili İşlər Nazirliyinin birbaşa təşəbbüsü ilə həyata keçirilən narkomaniyaya qarşı maarifləndirmə tədbirlərindən biri Azərbaycan Tibb Universitetində baş tutdu. Bakı Şəhər Baş Polis İdarəsi, Suraxanı Rayon Polis şöbəsinin məsul işçilərinin də iştirak etdiyi tədbirdə tələbələrə dövrümüzün ən aktual problemlərindən olan narkomaniya bəlasından danışıldı. İlk öncə onu qeyd edək ki, tələbələrin bu mövzuya maraqları olduqca yüksək olduğundan universitetin akt zalı tam dolmuşdu. Maraqlı keçən tədbir zamanı narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, bu bəladan qorunma yolları, narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər barəsində ətraflı məlumat verildi.

“Elektron cinayət işi”nin tətbiqinə başlanılır - Azərbaycanda

4 Noyabr 2016 17:41

Azərbaycan Vergilər Nazirliyində "Elektron cinayət işi”nin tətbiqi ilə bağlı aparılan hazırlıq işləri başa çatıb. 

Turizm obyektlərinin işçiləri məsuliyyətə cəlb olunacaq

4 Noyabr 2016 17:39

Azərbaycan turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaq.

Məşhur şokoladlar Azərbaycana Ermənistandan gətirilir - ŞOK FAKTLAR

4 Noyabr 2016 17:38

"Ferrero" şirkətinin istehsal etdiyi "Raffaello" şokolodlarının Ermənistandan Azərbaycana idxal edilməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Anasının başı kəsilən uşaqlar övladlığa verilə bilər

4 Noyabr 2016 17:35

Zərdabda ailə-məişət zorakılığı zəminində baş verən qətil hadisəsinin şahidi olan 3 azyaşlı uşaq Gəncə SOS Uşaq kəndinə veriləcək.

MTN generalının Rusiyadakı şirkəti – “PEŞƏKAR KÖSTƏBƏK”

4 Noyabr 2016 17:33

Sabiq MTN generalı Akif Çovdarovla bağlı maraqlı məlumat əldə etmişik. Rusiyadakı etibarlı mənbələrdən Lent.az-a daxil olan məlumata görə, bir vaxtlar Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində taxta emalı və satışı ilə məşğul olan general orada özünə şirkət də qurubmuş.