Nardaran ziyarətgahına təbii qaz verildi

Bakının Nardaran qəsəbəsindəki "Rəhimə xanım" ziyarətgahına təbii qaz verilib. Olaylar.az bildirir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşıİbrahim Kərbəlayev bildirib.

Bakının Nardaran qəsəbəsindəki "Rəhimə xanım" ziyarətgahına təbii qaz verilib.

Olaylar.az bildirir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşıİbrahim Kərbəlayev bildirib.

Qurum rəsmisi bildirib ki, ziyarətgah bu gün qanuni yolla abonent kimi qeydiyyata alınıb və obyekt sayğaclaşdırılıb: "Sayğaclaşma prosesi başa çatandan sonra ziyarətgaha təbii qaz verilməsinə başlanıb".

Xatırladaq ki, Nardaran qəsəbəsinin qazlaşdırılması sistemi yenidən qurulanda "Rəhimə xanım" ziyarətgahının sənədləri qaydasında olmadığı üçün obyektə qaz verilişi dayandırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31