Gənclər arasında dini radikalizmə qarşı mübarizə müzakirə edilib

Noyabrın 4-də Masallı  şəhər Gənclər Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər arasında dini radikalizmə qarşı mübarizədə Azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda konfrans təşkil olunub.

Noyabrın 4-də Masallı  şəhər Gənclər Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gənclər arasında dini radikalizmə qarşı mübarizədə Azərbaycançılıq ideologiyasının təbliği" mövzusunda konfrans təşkil olunub. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Masallı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nazim Muradov, Masallı rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin  baş məsləhətçisi Kamil Bağırov, İctimai Birliyin sədri Çingiz Bayramov, həmçinin rayon ağsaqqalları, dini icma sədrləri, gənclər və ziyalılar iştirak ediblər. "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov konfransı giriş sözü ilə açaraq tədbir çərçivəsində müzakirə olunacaq mövzunun əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, hazırda bir çox ölkələrdə müharibələr gedir. Bu müharibələrdən xüsusilə müsəlman dövlətləri əziyyət çəkir, gənclər kor-koranə radikal qruplara qoşularaq "cihad" adı altında başqa ölkələrin ərazilərində döyüşməyə gedirlər. Natiq gəncləri belə qruplardan uzaq olmağa, Vətənini, dinini sevməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31