AzTU-da xalq şairi Səməd Vurğunun 110 illiyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qələmi, ictimai fəaliyyəti ilə özünün ədəbi məktəbini yaratmış Səməd Vurğunun 110 illiyi qeyd olunub.  Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbiri giriş sözü ilə açan AzTU-nun tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov bildirib ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutub. Onun qələmindən çıxan şeirlərin, poemaların çox hissəsi uşaqlı-böyüklü hər kəsin dilində əzbərdir. Azərbaycan xalqının ədəbi düşüncəsi, bədii təfəkkür ənənəsi Səməd Vurğun poeziyasında öz yüksək haqqını alıb. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvləri -Buludxan Xəlilov və Cığatel İsaqızı çıxış edərək ölməz şairin poeziyasının ədəbi gücündən danışıblar. Natiqlər bildiriblər ki, Səməd Vurğun Azərbaycanı təkcə keçmiş Sovetlər Birliyində deyil, bütün dünyada layiqincə təmsil edib. Qeyd olunub ki, Vurğunun təkcə tarixi poemaları həmin dövrün bütün xüsusiyyətlərini, mənzərəsini müfəssəl şəkildə göz önünə gətirir. "Azərbaycan” şeiri qədər heç bir obraz, metafora, epiteti olmayan ikinci bir şeir tapılmaz deyən ədiblər onun ədəbi nümunələrinin  zəngin olduğu qədər sadəliyini də vurğulayıblar. Sonda bədii hissə başlayıb və Səməd Vurğun yaradıcılığından ən məşhur şeirlər səsləndirilib, səhnələr nümayiş olunub.

Azərbaycan Texniki Universitetində (AzTU) XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qələmi, ictimai fəaliyyəti ilə özünün ədəbi məktəbini yaratmış Səməd Vurğunun 110 illiyi qeyd olunub.  Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş sözü ilə açan AzTU-nun tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov bildirib ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutub. Onun qələmindən çıxan şeirlərin, poemaların çox hissəsi uşaqlı-böyüklü hər kəsin dilində əzbərdir. Azərbaycan xalqının ədəbi düşüncəsi, bədii təfəkkür ənənəsi Səməd Vurğun poeziyasında öz yüksək haqqını alıb. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvləri -Buludxan Xəlilov və Cığatel İsaqızı çıxış edərək ölməz şairin poeziyasının ədəbi gücündən danışıblar. Natiqlər bildiriblər ki, Səməd Vurğun Azərbaycanı təkcə keçmiş Sovetlər Birliyində deyil, bütün dünyada layiqincə təmsil edib. Qeyd olunub ki, Vurğunun təkcə tarixi poemaları həmin dövrün bütün xüsusiyyətlərini, mənzərəsini müfəssəl şəkildə göz önünə gətirir. "Azərbaycan" şeiri qədər heç bir obraz, metafora, epiteti olmayan ikinci bir şeir tapılmaz deyən ədiblər onun ədəbi nümunələrinin  zəngin olduğu qədər sadəliyini də vurğulayıblar. Sonda bədii hissə başlayıb və Səməd Vurğun yaradıcılığından ən məşhur şeirlər səsləndirilib, səhnələr nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31