Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Milli Kitabxanada olub

Noyabr ayının 04-də Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri cənab Dan İanku Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru prof. Kərim Tahirov qəbul edib.

Noyabr ayının 04-də Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri cənab Dan İanku Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru prof. Kərim Tahirov qəbul edib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə  Azərbaycan ilə Rumıniya  arasında münasibətlərin möhkəm əsaslar,  qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğundan danışılıb, milli kitabxanalar arasında da əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirilib.  Cənab  səfir ölkəmizə yeni təyin olunduğunu bildirib, hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə təkan verəcəyini söyləyib. Səfiri kitabxana ilə tanış edən direktor müavini Ədibə İsmayılova onu kitabxananın yeni layihəsi olan "Açıq kitabxana" ilə tanış  edib. Cənab səfir "Açıq kitabxana"nı bəyənib, çox maraqlı və əhəmiyyətli layihə olduğunu söyləyib, "Xatirə kitabı"na öz ürək sözlərini yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31