Paytaxtın 3 rayonu üzrə səyyar qəbul keçirilib
Noyabrın 4-də Sabunçu, Pirallahı, və Xəzər rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Qəbula gələn vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
4 Noyabr 2016 15:46 SosialNoyabrın 4-də Sabunçu, Pirallahı, və Xəzər rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Qəbula gələn vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.