“Yol hərəkəti haqqında” qanuna dəyişikliyin hansı müsbət nəticələri olacaq?
Zaman-zaman mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməklə onlar günümüzün tələblərinə uyğunlaşdırılır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ötən illər ərzində əksər qanunlara əlavə və dəyişikliklər edilməklə onlar daha da təkmilləşdirilib. Nəticədə həmin qanunlar günümüzün tələbinə cavab verib. Hazırda payız mövsümünün iş planına olaraq da Mili Məclisin bir sıra qanunlara əlavə və dəyişikliklər edəcəyi nəzərdə tutulur. Bunlardan biri də “Yol hərəkəti haqqında” qanundur. Xəbər verildiyi kimi par lament tərəfindən “Yol hərəkəti haqqında” Qanuna yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bəs görəsən bu dəyişikliklər nədən ibarətdir və qanuna edilən dəyişikliklər hansı müsbət məqamlara səbəb olacaq?
4 Noyabr 2016 14:59 SosialZaman-zaman mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməklə onlar günümüzün tələblərinə uyğunlaşdırılır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ötən illər ərzində əksər qanunlara əlavə və dəyişikliklər edilməklə onlar daha da təkmilləşdirilib. Nəticədə həmin qanunlar günümüzün tələbinə cavab verib. Hazırda payız mövsümünün iş planına olaraq da Mili Məclisin bir sıra qanunlara əlavə və dəyişikliklər edəcəyi nəzərdə tutulur. Bunlardan biri də "Yol hərəkəti haqqında" qanundur. Xəbər verildiyi kimi par lament tərəfindən "Yol hərəkəti haqqında" Qanuna yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bəs görəsən bu dəyişikliklər nədən ibarətdir və qanuna edilən dəyişikliklər hansı müsbət məqamlara səbəb olacaq?
Millət vəkili Vüsal Hüseynov deyir ki, Yol hərəkəti haqqında Qanuna təklif edilən yeni dəyişikliklərə əsasən xarici dövlətlərin səlahiyyətli orqanı tərəfindən verilmiş (xaricdə alınmış) və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqələrinin ölkəmizdə tətbiqi ilə bağlı qaydalar müəyyən edilir: "Belə ki, artıq xaricdə alınmış sürücülük vəsiqəsini vətəndaşımız istifadə edə bilməsi üçün ölkəmizə daxil olduğu vaxtdan 1 ay müddətində Qanunla müəyyən edilmiş qaydada dəyişdirməlidir. Eyni qaydada əgər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda ölkəmizdə xarici ölkədə aldığı sürücülük vəsiqəsini istifadə etmək üçün icazə aldığı gündən 1 ay müddətində sürücülük vəsiqəsini dəyişdirməlidir. Bu hallarda sürcülük vəsiqəsi ilə birgə yeni sürcülük vəsiqəsi təqdim ediləcəkdir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə bağlı tələb yalnız onlar ölkəmizdə yaşamaqla bağlı icazə aldığı hallara şamil edilir. Ümumi olaraq isə beynəlxalq müqavilələrə uyğun olaraq əcnəbilər öz ölkələrində əldə etdikləri sürücülük vəsiqələrini ölkəmizdə istifadə edə bilərlər". Millət vəkilinin sözlərinə görə, təklif edilən dəyişikliklərə əsasən "B" kateqoriyası üzrə sürücülük vəsiqəsini almaq üçün zəruri olan təcrübi imtahan (el arasında daha çox "vojdeniya" adlandırılan imtahan) artıq imtahan verən şəxsin seçimi əsasında mexaniki və ya avtomat transmisiyalı (karobkalı) nəqliyyat vasitəsində verilə biləcək: "Bu halda mexaniki transmisiyalı (karobkalı) avtomobildə imtahan verən şəxs hər iki transmissiya halında avtomobili idaretmə hüququ əldə edəcəkdir. Avtomatik transmisiyalı avtomobildə imtahan verən şəxs isə yalnız avtomatik transmisiyalı nəqliyyat vasitəsini idarə edə biləcəkdir. Sürücülük vəsiqəsində bunu bildirən müvafiq qeyd/məlumat yer alacaqdır. Bu imtahanların qəbulu zamanı eyni zamanda istifadə edilən nəqliyyat vasitələrinin imtahan prosesini qeydə alan videokameralarla təchiz edilməsi tələbi müəyyən edilir. Bu dəyişikliklər mexaniki transmisiyyalı nəqliyyat vasitələrini idarə etmək istəməyən və ya çətinlik çəkən şəxslər üçün sürücülük vəsiqəsinin əldə edilməsində rahatlığı təmin edəcək, imtahanın nəticəsi ilə razı olmayan şəxslərin müraciətlərinə baxılmasında səmərəliliyi artıracaqdır".
Qeyd edək ki, sözügedən qanuna bir neçə dəyişiklik edilib. Ən son keçən il Milli Məclisin keçirilən olenar iclasında, "Yol hərəkəti haqqında" qanunun 84-cü maddəsinin 3-cü bəndinə edilən dəyişikliyə görə, inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını özündə saxlamaq yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri sırasından çıxarılıb. Həmin maddənin redaktə edilmiş 6.1-ci bəndinə əsasən, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirməlidir.
Maddəyə əlavə edilmiş 6.2-ci bəndə görə isə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verməlidir.
Məhəmməd