Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşasının premyerası keçiriləcək
Akademik Milli Dram Teatrının kollektivi 144-cü teatr mövsümündə yeni səhnə əsəri ilə tamaşaçılar qarşısında çıxış edəcək. Teatrın mətbuat xidmətindən “OLAYLAR”-a verilən məlumata görə, noyabrın 5-də yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşasının premyerası baş tutacaq. İki hissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
4 Noyabr 2016 14:31 SosialAkademik Milli Dram Teatrının kollektivi 144-cü teatr mövsümündə yeni
səhnə əsəri ilə tamaşaçılar qarşısında çıxış edəcək. Teatrın mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, noyabrın 5-də yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" pyesi əsasında səhnələşdirilən "Vəsiyyət" tamaşasının premyerası baş tutacaq. İki hissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.