Maliyyə bazarları yeni qanunla tənzimlənəcək

“Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb”. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında bildirib. Palatanın sədri deyib ki, problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyasına həsr olunmuş qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq: "Bundan başqa maliyyə bazarının tənzimlənməsi və nəzarətlə bağlı qanun layihəsi üzərində isə iş artıq başa çatdırılıb. Palata, həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31