Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Ə.Nəvai adına Milli Kitabxanaya Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi  ilə son illər Azərbaycana dair nəşr olunmuş kitablar Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasına hədiyyə edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi  ilə son illər Azərbaycana dair nəşr olunmuş kitablar Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasına hədiyyə edilib. Sözügedən  kitab   kolleksiyasına   2015-2016-cı   illərdə  Mədəniyyət   Mərkəzi   tərəfindən özbəkcə nəşr olunmuş "Низомий   Ганжавий  "Хамса"" (tərcüməçi Olimcan Buriyev), "Низомий   Ганжавий   "Махзан   ул   -   асрор""   (tərcüməçi   Camal   kamal),   "М.Фузулий

"Калб гавхари"", "Озарбайжон - Оловлар юрти", "Анaр "Мен, Сен, У ва телефон"", "Озарбайжоннинг маданий мероси.", "Türk dillerinde Bahtiyar Vahabzadenin 90 şiiri", "Особенности   современной   узбекской   и   азербайджанской   поэзии",   "Узбекистон оммавий ахборот воситаларида Озарбойжон мавзуси", "Ш.Саламов "Туркестан и

Южный Кавказ XIX - XX вв. Дашнаки от Ферганы до Карабаха", "Карабах война идей" kitabları daxil edilmişdir.  Daşkənddəki     Heydər   Əliyev   adına   Azərbaycan   Mədəniyyət   Mərkəzindən   verilən

məlumata   görə   "Azərbaycanı   tanıyaq",  "Azərbaycan   tarixi   hər   bir   ölkədə"   layihələri çərçivəsində hər il Özbəkistan kitabxanalarına Azərbaycana dair yüzlərlə kitab hədiyyə edilir.

Qeyd edək ki, yaxın günlərdə isə Daşkənddə yeni fəaliyyətə başlamış  Özbəkistan və

Orta   Asiyanın   ən   böyük   kitab   satışı   və informasiya   mərkəzi   olan   "Kitab   aləmi" Mərkəzində  "Azərbaycan   guşəsi"nin   yaradılması   razılaşdırılıb.   Guşədə   Azərbaycan müəlliflərinin son illər nəşr edilən kitabları, Azərbaycan tarixi, dövlətçiliyi, iqtisadiyyatı, mədənniyyətini əks etdirən nəşrlər, habelə  suvenirlər  nümayiş  etdriləcəkdir. Guşədə yerləşdiriləcək informasiya deskində isə Azərbaycanın aparıcı kitabxanalarının elektron  kitabxanalarına daxil olmaq imkanı yaradılacaqdır.  Kitab   satışı   Mərkəzi   ilə   azərbaycanlı   müəlliflərin   kitablarının   satışı,   təqdimatı,   imza günləri,   görüşlərin   keçirilməsi   razılaşdırılmışdır.   Bu   barədə   Özbəkistandakı   Heydər

Əliyev   adına   Azərbaycan   Mədəniyyət   Mərkəzinin   direktoru   Samir   Abbasovla   Kitab aləmi" Ticarət və İnformasiya Cəmiyyətinin direktoru Şuxratcon Axundcanov arasında keçirilən görüş zamanı razılıq əldə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31