Türkiyə səfirliyinin təhsil müşaviri BANM-də olub

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Əbdülqafur Böyükfırat və müşavirin müavini Faiq Bayramovla görüşüb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Əbdülqafur Böyükfırat və müşavirin müavini Faiq Bayramovla görüşüb. "OİLAYLAR"-ın xəbərinə görə,rektor E.Qasımov qonaqları BANM-də görməkdən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi ali təhsil müəssisəsində qısa müddət ərzində görülən işlər və islahatlar haqqında ətraflı məlumat verib, tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb. Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Əbdülqafur Böyükfırat BANM-in Türkiyə universitetləri ilə əməkdaşlığının gələcək inkişaf perspektivləri barədə danışıb, səmimi qəbula görə təşəkkürünü bildirib. Görüşdə BANM ilə Türkiyə ali təhsil müəssisələri arasında əlaqələr, həmçinin BANM-in Yüksək Öyretim Kurulu ilə (YÖK) əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31