Paytaxt ərazisində 11 piyada keçidi inşa olunur
Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinininşası aparılır. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir. İlkin olaraq 11 bu cür yerdə hal-hazırda keçidlərin inşası aparılır. Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində inşa edilən yerüstü piya keçidləridir.
4 Noyabr 2016 14:30 SosialBakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinininşası aparılır. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir. İlkin olaraq 11 bu cür yerdə hal-hazırda keçidlərin inşası aparılır. Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən hissəsində inşa edilən yerüstü piya keçidləridir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkan və asma hissəsi tam hazırdır, hazırda dirəklərin üzlənməsi işləri aparılır. "Sabunçu körpüsü"nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir. Bundan başqa daha 9 yerdə isə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq. İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçidlərin bir-neçəsi istisna olmaqla əksəriyyəti üstü açıq və pilləkan hissədən ibarətdir.