Gündəm
Süni mayalandırılmış heyvanlar və bu yolla alınmış buzovlara görə subsidiyalar veriləcək
Kənd Təsərrüfatı Nazirliyi rayon (şəhər) idarələrinin heyvandarlıq və informasiya texnologiyaları sahələri üzrə mütəxəssiləri üçün təlim kursları keçirib.
Gürcüstanda məcburi hərbi çağırış bərpa edilir
Gürcüstan müdafiə nazirliyi orduya məcburi hərbi çağırışı bərpa edəcək. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Levan İzoriya bildirib. Onun sözlərinə görə, çağırış yeni formada bərpa olunacaq.
Ermənilər Markovu qara siyahıya salmaq istəyir
Rusiya politoloq Sergey Markovu Ermənistanın qara siyahısına salmaq lazımdır. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Stepan Qriqoryan söyləyib. Onun sözlərinə görə, Markov mütəmadi olaraq antierməni bəyanatları ilə çıxış edir:
Aparıcı KİV-in təsiri altında avropalılar Klintona rəğbət bəsləyirlər
Milli.Az bildirir ki, Sputnik.Rəy sorğusunun nəticələrinə görə fransalıların (56%), ispaniyalıalrın (55%), italiyalıların (53%) çoxu və həmçinin almaniyalıların yarısı, polşalıların 47% və britaniyalıların 36%-i ABŞ-ın növbəti prezidenti kimi məhz Hillari Klintonu görmək istəyir. Eyni zamanda son məlumatlara əsasən, amerikalılar özləri Hillari Klinton və Donald Trampa təxminən eyni dərəcədə rəğbət göstərirlər. Bu cür fərq beynəlxalq kütləvi informasiya vasitələrinin Klintonun xeyrinə apardığı kampaniya ilə izah oluna bilər. Bunu ən azı üç ciddi sorğu təsdiqləyir*. Onların nəticələrinə görə "amerikalıların çoxu KİV-in Hillari Klintonun prezident olmasına dəstək verdiyini düşünür".
Yağlı saçlara son!
Ətrafımızda saçlarının tez – tez yağlanmasından şikayət edən xanımlar üstünlük təşkil edirlər. Saçlarınızın tez bir zaman da yağlanmasını istəmirsinizsə, aşağıda sadlananlara əməl edin.
Saakaşvili Odessanın qubernatoru vəzifəsindən istefa verib
Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.
Okeanın o tayında film kimi seçki kampaniyası
Sahib Alıyev: “Bu dəfəki seçki kampaniyası əsl Hollivud ssenarisi əsasında təşkil olunmuşdu” Noyabrın 8-də (bu gün) Birləşmiş Ştatlarda Ağ Evin sayca 45-ci prezidenti seçiləcək. Cari ilin yanvar ayından başlayaraq günümüzə qədərə davam edən seçki kampaniyasının gedişinə nəzər yetirdikdə əslində bunun seçki deyil, bir siyasi oyun olduğu qənaətinə gəlmək mümkündür.
Şimali Kipr Türk Respublikası təhlükəsiz bir ölkədir
Ufuk Turganer: “Ora gedən hər bir şəxs özünü orada təhlükəsiz, rahat hiss edə bilər” Bu günlərdə Şimali Kipr Türk Respublikası quruluşunun 33-cü ildönümünü yaşayır. Bu ada dövlətinin tarixinə qısaca nəzər yetirərkən aydın olur ki, bir çox dövlətlərin əsarəti altında olan Kipr eramızdan əvvəl 1500-cü illərdə Qədim Misirin idarəsi altında olub. Eramızdan əvvəl 333-cü ildə isə müharibədə farsları məğlub edən Makedoniyalı İskəndərin idarəsi altına keçib.
Vətəndaşların aldadılması, yoxsa etibardan sui-istifadə?
İstehlakçılar müqavilə bağlayarkən nəyə diqqət etməlidirlər? Son vaxtlar insanların dövlət və özəl qurumlar tərəfindən aldadılması məsələsi aktuallaşıb. Ən xırda görülən işdən tutmuş bank əməliyyatları və mənzil alqı-satqısına qədər vətəndaşların aldaılmasının şahidi oluruq. Belə ki, tərəflər arasındakı münasibətlərin qanunvericiliklə tənzimlənməsinə baxmayaraq bir çox hallarda sadə vətəndaşların etibarından sui-istifadə hallarına yol verilir.
Vətəni sevmək özünüdərk deməkdir
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində gənclər təşkilatlarının da üzərinə böyük vəzifə düşür. Gənclərdə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi yönündə bir sıra kompleks tədbirlər həyata keçirilir. Azərbaycan müharibə şəraitindədir, torpaqlarımızın 20 faizi işğal olunub, çoxlu sayda vətəndaşımız yurd-yuvalarından didərgin düşüb.
Ermənilərin təxribatı nəyə hesablanıb?
Deputat: “Cəbhə xəttində yenidən hava hücumları başlasa, münaqişə regiondan çıxacaq” Bu ilin aprel ayında işğal altında olan Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən 4 günlük hərbi əməliyyatlardan sonra ermənilərin çəbhə xəttində təxribatları ara vermir. Azərbaycanın təxribata sürüklənməsi cəhdinin boşa çıxdığını görən ermənilər artıq cəbhə boyu hərbi təlimlərə başladıqlarını bəyan ediblər.
Xalqın iradəsi və suverenliyini məhdudlaşdıran seçki sistemi
ABŞ-da hər beş nəfərdən birinin adı seçici siyahısına düşmür Nəhayət noyabrın 8-də ABŞ-da növbəti - 58-ci prezident seçkiləri keçiriləcək. Ancaq təəssüflər olsun ki, bu seçkilərdə 6 milyona qədər seçici səsvermə hüququndan məhrum ediləcək. Belə ki, ABŞ qanunvericiliyinə görə, üzərində ən azı bir il məhkumluğu olan şəxs prezident seçkilərində iştirak edə bilməz.
Elçin Hüseynbəyli yazır... Boz qarğalar, deyingən “kişilər” və varlı sürücü
Elçin Hüseynbəyli Boz qarğalar, deyingən “kişilər” və varlı sürücü Yaşadığım binayla üzbəüz bir yeni tikili, el diliylə desək, “novostroyka” var . Elə olur ki, səhərlər təzə hava almaq istəyəndə ona baxıram. Bir bloklu, yəni bir giriş və bir çıxışı olan binadır. Deyə bilərsiniz ki, no-olsun!? Məşhur tamaşadakı kimi.
Ermənistanla danışıqlar anlamsızdır
Separatçı rejimin “konstitusiyası”na nəzərdə tutulan dəyişikliklər bunu bir daha təsdiqləyir İşğalçı Ermənistan maksimum dərəcədə təxribat xarakterli addımlar atmaqla Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa, münaqişənin sülh yolu ilə həllini əngəllməyə çalışır.
Bu il Azərbaycanda 22 dini qurum ləğv olunub
Lənkəran rayonu Liman şəhər məscidi dini icması (377 nömrəli, 29.06.2000-ci il tarixli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb) təsisçilərinin ümumi yığıncağında 1 nömrəli protokol ilə həmin dini icmanın ləğv olunması barədə qərar qəbul edib.














