Gündəm
Erməni zavallı: "Lənətə gələsiniz! Kəsin ayağımı"
Ermənistanın paytaxtı İrəvandakı Post-Patrul Alayının kazarmasını ələ keçirərək prezident Serj Sarkisyanın istefasını tələb edən, həftələrlə davam edən müqavimətdən sonra zərərsizləşdirilən "Sasna Srer" qruplaşmasının üzvlərindən olan Hovanes Harutyunyanın vəziyyəti çox ağırdır.
Ermənilərin Dubayda milyonluq almaz oğurluğu
Dubayda Hindistan vətəndaşını öldürməkdə ittiham olunan Ermənistan vətəndaşlarının ömürlük azadlıqdan məhrum olunması tələb olunur.
"Qaynar xətt"ə 20 mindən çox müraciət daxil olub
Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımının dayandırılmasından sonra əhalinin müraciətlərini qəbul etmək üçün yaradılan 14-11 nömrəli "qaynar xətt"ə gün ərzində 4-5 min müraciət daxil olur.
İŞİD lideri Mosuldan qaçıb
İraq ordusu İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin Mosuldan qaçdığı barədə məlumat yayıb.
Berlində azərbaycanlı rəssamların sərgisi açılıb
Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən "Berlin-Baku" rəsm qalereyasında “Azərbaycan Yaponiya ilə görüşür" ("AserbaidschanTrifft Japan") adlı rəsm sərgisinin açılışı olub.
Keçən ay BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub
Cari ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 360 min 330 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 milyon 403 min 652 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il noyabr ayının 1-ə qədər BTC-yə 317 milyon 079 min 041 ton neft vurulub. Bundan başqa, 2016-cı ilin oktyabr ayında BTC kəməri ilə 263 min 869 ton Türkmənistan nefti nəql olunub.
SAM Misirdə tədbir keçirəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və məsləhətçi-eksperti Kamal Qasımov Misirin paytaxtı Qahirə şəhərinə səfər edib. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Misir Ərəb Respublikasının Qahirə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Al-Hever Siyasi və Media Araşdırmaları Mərkəzi və Qahirə Universitetinin Siyasi Elmlər və İqtisadiyyat Fakültəsi nəzdində Siyasi Araşdırmalar və Tədqiqatlar Mərkəzi ilə birgə bir sıra tədbirlərin (görüş, dəyirmi masa və beynəlxalq konfrans) təşkilini nəzərdə tutub.
Amerikada Azərbaycanın tolerantlığından danışılıb
Birləşmiş Ştatların nüfuzlu yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (AYK) və “Beverli Hils Emanuel Məbədi” sinaqoqunun birgə təşkilatçılığı ilə Azərbaycana dair geniş təqdimat keçirilib.
Bakı-Sumqayıt-Bakı elektrik qatarında daha bir yenilik
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında daha bir yenilik etməyi nəzərdə tutub. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, bu dəyişiklik həmin istiqamət üzrə hərəkət edən elektrik qatarı üzrə əlavə stansiyaların yaradılması ilə bağlıdır. Belə ki, noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək. Qatarların hərəkət cədvəli barədə sərnişinlərə əlavə məlumat veriləcək.
Astara stansiyasından İran dövlət sərhəddinə qədər yeni dəmir yolunun qoyuluşu başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin çəkilişinə başlanıb. “OLAYLAR”-ın “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, artıq 8, 3 km uzunluğunda yeni dəmir yolu xətti Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünə çatıb. Körpüdə 4 dayaq, istinad divarları tikilmiş, üstü betonlanıb. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların və məhəccərlərin quraşdırılması prosesi gedir.
Beynəlxalq tolerantlıq günü qeyd edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər məscidində “Beynəlxalq Tolerantlıq Günü” mövzusunda konfrans keçirilib.
Ceyhan limanından 2,4 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2016-cı ilin oktyabr ayı ərzində 2 milyon 493 min 679 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 669 min 744 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 milyon 634 min 564 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il noyabr ayının 1-ə qədər Ceyhan limanından 315 milyon 828 min 336 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Külli miqdarda yaddaş kartını gizlətmək cəhdi baş tutmayıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar üçün nəzərdə tutulan külli miqdarda yaddaş kartının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Bakı Karqo Terminalına, Azərbaycan Respublikası vətəndaşının adına gömrük bəyannaməsində göstərildiyi kimi, mobil telefon aksesuarları - LCD ekranlar və telefon üzlükləri (kaburaları) daxil olub. Lakin mallara rentgen aparatıyla baxış keçirilərkən monitorda bəyannamədə göstərilməyən malların təsviri görünüb və bununla bağlı təkrar gömrük yoxlaması aparılıb.Yoxlama zamanı, LCD ekran qutularına qablaşdırılan, gömrük bəyannaməsində və mal-müşayiət sənədlərində göstərilməyən cəmi 6930 ədəd yaddaş kartı aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Bələdiyyə nümayəndələri üçün təlim keçirilib
Vergilər Nazirinin əmri ilə bələdiyyələrin nümayəndələri üçün Vergilər Nazirliyinin Tədris Mərkəzində “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin hesablanması və ödənilməsi. Bələdiyyələrin Vergi İnformasiya Sistemində iş prosedurları” mövzusunda 2 günlük təlim keçirilib. Təlimdə 59 bələdiyyə nümayəndəsi iştirak edib.
Şəkidə BMT-nin İşgəncələrə qarşı Konvensiyasının Fakültativ Protokolunun qüvvəyə minməsinin 10 illiyi qeyd edilib
Ombudsmanın Şəki Regional Mərkəzində həmin şəhər İcra Hakimiyyəti, şəhər-rayon polis şöbəsi, Şəki Penitensiar Müəssisəsi, Qarışıq tipli uşaq evi, İnteqrasiya təlimli internat tipli gimnaziya, habelə Rayonlararası psixiatriya xəstəxanası nümayəndələrinin və Şəki Dövlət Regional Kolleci tələbələrinin iştiraki ilə BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın Fakültativ Protokolunun 10 illiyi ilə əlaqədar tədbir keçirilib.














