Bələdiyyə nümayəndələri üçün təlim keçirilib
Vergilər Nazirinin əmri ilə bələdiyyələrin nümayəndələri üçün Vergilər Nazirliyinin Tədris Mərkəzində “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin hesablanması və ödənilməsi. Bələdiyyələrin Vergi İnformasiya Sistemində iş prosedurları” mövzusunda 2 günlük təlim keçirilib. Təlimdə 59 bələdiyyə nümayəndəsi iştirak edib.
7 Noyabr 2016 15:17 SosialVergilər Nazirinin əmri ilə bələdiyyələrin nümayəndələri üçün Vergilər Nazirliyinin Tədris Mərkəzində "Yerli (bələdiyyə) vergilərin və ödənişlərin hesablanması və ödənilməsi. Bələdiyyələrin Vergi İnformasiya Sistemində iş prosedurları" mövzusunda 2 günlük təlim keçirilib. Təlimdə 59 bələdiyyə nümayəndəsi iştirak edib. Nazirlikdən verilən məlumata görə, təlim zamanı yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotu ilə əlaqədar, eləcə də "Yerli vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu"nun müddəaları, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisinin, fiziki şəxslərin əmlak və torpaq vergilərinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin hesablanması və ödənilməsi qaydaları barədə bələdiyyə nümayəndələrinə ətraflı məlumatlar verilib.Təlimdə bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS) altsistemləri və onların xüsusiyyətləri, BVİS-də yerli verginin ödəyicisi olan fiziki şəxslərin uçota alınması, qeydiyyata alınmış yerli (bələdiyyə) verginin ödəyicilərinə yerli (bələdiyyə) vergilərinin hesablanması və tədiyyə bildirişlərinin elektron qaydada hazırlanması və yerli (bələdiyyə) vergilər üzrə daxilolmaların BVİS-ə işlənməsi prosedurları bələdiyyə nümayəndələrinin diqqətinə çatdırılıb və bu mövzular ətrafında geniş müzakirələr aparılıb.