Şəkidə BMT-nin İşgəncələrə qarşı Konvensiyasının Fakültativ Protokolunun qüvvəyə minməsinin 10 illiyi qeyd edilib 

Ombudsmanın Şəki Regional Mərkəzində həmin şəhər İcra Hakimiyyəti, şəhər-rayon polis şöbəsi, Şəki Penitensiar Müəssisəsi, Qarışıq tipli uşaq evi, İnteqrasiya təlimli internat tipli gimnaziya, habelə Rayonlararası psixiatriya xəstəxanası nümayəndələrinin və Şəki Dövlət Regional Kolleci tələbələrinin iştiraki ilə BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın Fakültativ Protokolunun 10 illiyi ilə əlaqədar tədbir keçirilib.

Ombudsmanın Şəki Regional Mərkəzində həmin şəhər İcra Hakimiyyəti, şəhər-rayon polis şöbəsi, Şəki Penitensiar Müəssisəsi, Qarışıq tipli uşaq evi, İnteqrasiya təlimli internat tipli gimnaziya, habelə Rayonlararası psixiatriya xəstəxanası nümayəndələrinin və Şəki Dövlət Regional Kolleci tələbələrinin iştiraki ilə BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın Fakültativ Protokolunun 10 illiyi ilə əlaqədar tədbir keçirilib. Olaylar" xəbər verir ki, tədbirdə Şəki Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov çıxış edərək, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokoluna qoşulduqdan sonra, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamı əsasında MPM funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən edildiyini, bu səlahiyyətlərlə bağlı 24 iyun 2011-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklərin edildiyi, habelə MPM mandatı çərçivəsində görülmüş işlər, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, Ombudsmanın təklif və tövsiyələrinin, başçəkmələr əsasında verilmiş tövsiyələrin icra əziyyəti, hüquqi maarifləndirmə tədbirləri haqqında danışıb. Müvəkkil tərəfindən dövlət qurumlarına insan hüquqlarının effektiv təmini baxımından verilmiş çoxsaylı təkliflər əsasında bu qəbildən olan müəssisələrdə həyata keçirilən islahatlar, rəftar məsələləri, saxlanılma şəraitinin təkmilləşdirilməsi, müraciətlərin effektiv təmini, habelə qanunvericiliyin təkmilləşdirilməsinə verilmiş töhfələr mərhələli şəkildə təqdimat əsasında tədbir iştirakçılarına nümayiş etdirilmiş, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq çərçivəsində görülmüş işlər barədə məlumat verilmiş, həmçinin Ombudsmanın 24 saat ərzində fəaliyyət göstərən İşgəncələr əleyhinə və Uşaq hüquqları üzrə qaynar xətlərinin nömrələri iştirakçıların diqqətinə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31