Bakı-Sumqayıt-Bakı elektrik qatarında daha bir yenilik
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında daha bir yenilik etməyi nəzərdə tutub. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, bu dəyişiklik həmin istiqamət üzrə hərəkət edən elektrik qatarı üzrə əlavə stansiyaların yaradılması ilə bağlıdır. Belə ki, noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək. Qatarların hərəkət cədvəli barədə sərnişinlərə əlavə məlumat veriləcək.
7 Noyabr 2016 15:30 Sosial"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında daha bir yenilik etməyi nəzərdə tutub. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, bu dəyişiklik həmin istiqamət üzrə hərəkət edən elektrik qatarı üzrə əlavə stansiyaların yaradılması ilə bağlıdır. Belə ki, noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək. Qatarların hərəkət cədvəli barədə sərnişinlərə əlavə məlumat veriləcək.