Berlində azərbaycanlı rəssamların sərgisi açılıb 

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən "Berlin-Baku" rəsm qalereyasında “Azərbaycan Yaponiya ilə görüşür" ("AserbaidschanTrifft Japan") adlı rəsm sərgisinin açılışı olub.

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən "Berlin-Baku" rəsm qalereyasında "Azərbaycan Yaponiya ilə görüşür" ("AserbaidschanTrifft Japan") adlı rəsm sərgisinin açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, açılış mərasimində Almaniya, Azərbaycan və Yaponiyadan olan incəsənət adamları, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Sara Abbasova, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin icraçı direktoru Heydər Mirzə və Azərbaycan Tələbə Şəbəkəsinin Berlin ofisinin rəhbəri Asif Məsimov iştirak edib.Sərgidə Azərbaycandan və Yaponiyadan olan gənc rəssamların 30-dan çox rəsm əsəri nümayiş etdirilir. Azərbaycan Telman Quliyev, Günay Şəmsi, Maqdalena Mehdizadə və Yeganə Əsədova ilə, Yaponiya isə Tomoko Kazama, Rikka Ayasaki, İku Xiquçi, Tsieku İtsinoze ilə təmsil olunur. Sərgidekabrın 1-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31