Astara stansiyasından İran dövlət sərhəddinə qədər yeni dəmir yolunun qoyuluşu başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin çəkilişinə başlanıb. “OLAYLAR”-ın “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, artıq 8, 3 km uzunluğunda yeni dəmir yolu xətti Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünə çatıb. Körpüdə 4 dayaq, istinad divarları tikilmiş, üstü betonlanıb. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların və məhəccərlərin quraşdırılması prosesi gedir.
7 Noyabr 2016 15:28 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin çəkilişinə başlanıb. "OLAYLAR"-ın "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən verdiyi xəbərə görə, artıq 8, 3 km uzunluğunda yeni dəmir yolu xətti Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünə çatıb. Körpüdə 4 dayaq, istinad divarları tikilmiş, üstü betonlanıb. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların və məhəccərlərin quraşdırılması prosesi gedir.
Qeyd edək ki, relyefi mürəkkəb olan əraziyə - Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda dəmir yolu xəttin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunub, əraziyə 510000 kub-metr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib. Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 ədəd tunel tikilib. Dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatıb.