Gündəm
Vidadi Zeynalov vəzifəli şəxslərdən hər ay pul alıb
Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalovun cinayət işi üzrə yeni detallar üzə çıxıb.
Azərbaycanın bu ərazilərində hər an vulkan püskürə bilər
"Azərbaycanda püskürmə ehtimalı olan vulkanlar əsasən cənubi Qobustanda yerləşir". Olaylar.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev APA-ya deyib ki, ölkədə Xəzər dənizi də daxil olmaqla, palçıq vulkanlarının sayı 350-dən artıqdır. Bunların 200-ü quruda yerləşir. A. Əliyev qeyd edib ki, vulkanlardan 60%-i aktiv fəaliyyətdədir: "Bu il palçıq vulkanı yalnız bir dəfə-ilin əvvəlində qeydə alınıb. Bu il hadisələrin sayı ötən illərlə müqayisədə azdır. Vulkanların nə vaxt olacağına dair əvvəldən proqnoz vermək olmur. Zəlzələ kimi vulkanlarla da bağlı proqnoz vermək çətin məsələdir. Ehtimal olunur ki, hansısa vulkanlar püskürə bilər, amma olacağına dair dəqiq vaxtı təyin etmək mümkün deyil".
Xocalı abidəsini ziyarət etmək istəyən erməni Bakıya buraxılıb
Məşhur erməni hüquq-müdafiəçisi Vahe Avetyanın Bakıya gəlməsi ilə bağlı dünən xəbər vermişdik. Lakin Vahe Avetyanın aeroportdan bu dəfə də buraxılıb-buraxılmadığı bilinmirdi.
Milli atributlara hörmət vətənpərvərlik nümunəsidir
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması üçün təkcə qəhrəman oğlu və qızlarımızın təbliğatı, onların göstərdiyi şücaətin gənclərə aşılanması kifayət etmir.
KİVDF-nin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə fərdi jurnalist yazıları müsabiqəsini elan edir:
Göydən qartopu yağdı
Rusiya Federasiyasının tərkibində olan Sibirə yağan qar hər kəsi təəcübləndirib. Bölgə mətbuatının “bəyaz güllə” adlandırdığı qarın ölçüsü görənləri heyrətləndirib. Belə ki, əraziyə yağan qarın ölçüsü tenis topu ilə basketbol topu arasında dəyişir. Nyda kəndinə və Sibir ətrafına yağan qarı mütəxəssislər tam bir hava fenomeni adlandırıblar. Bölgə sakinləri ilk dəfə belə təbii hadisə ilə rastlaşdıqlarını bildiriblər. Çox nadir hal kimi qəbul edilən bu təbii hadisə ilk baxış da qarların insan əli ilə düzəldiyi fikrini yaradır. Olaylar.az
Şuranın layihəsi yekunlaşdı
“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi “Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusundakı dördüncü - sonuncu “dəyirmi masa”sını Bərdə rayonuda keçirib. Bununla da ictimai birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinə yekun vurub.
Əlillərin bərpa mərkəzlərinin əməkdaşları üçün treninq keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) üzərində tibbi-sosial ekspertiza xidməti və Əlillərin Bərpa Mərkəzləri arasında elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi ilə əlaqədar qeyd olunan sahələrin əməkdaşları üçün treninq keçirilib.
“Səfəvilər və Güney Azərbaycan Türklüyü” mövzusunda konfrans keçirilib
Əskişəhir Azərbaycanlılar Dərnıəyi tərəfindən "Səfəvilər və Güney Azərbaycan Türklüyü" mövzusunda konfrans keçirilib. Dərnəkdən “OLAYLAR”-a daxil olan məlumata görə, konfransı giriş sözü ilə açan dərnəyin sədr müavini Sirac Yaguboğlu deyib ki, Güney Azərbaycan Türklüyü yaxşı öyrənilməlidir. Daha sonra konfransın məruzəçisi Tufan Gündüz çıxış edib. Əskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib ki, Turan və ya Türk Birliyi öncə Böyük və Vahid Azərbaycandan keçir.
Bakıda Arye Qutun kitabının təqdimatı keçiriləcək
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutun “Ağrı” romanının Bakıda təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı “OLAYLAR”-a Arye Qut özü verib. Bildirib ki, təqdimat mərasimi noyabrın 16-da baş tutacaq. Azərbaycan Yazıçılar Birliyində baş tutacaq təqdimat mərasimində millət vəkilləri, tarixçilər, KİV nümayəndələri iştirak edəcək.
AzTU-da tələbələr üçün seminarlar keçirilir
Azərbaycan Texniki Universitetində (AzTU) profesional İT mütəxəssisi kimi formalaşmaq istəyən tələbələr üçün seminarlar təşkil olunur. Təhsil ocxağından “OLAYLAR”-a bildirilib ki, tələbələrin nəzəri biliklərinin daha da dərinləşməsinə və təcrübəmübadiləsini nəzərdə tutan seminarlar dərslərdən əlavə olaraq keçirilir.
Balıq tutan 2 nəfəri elektrik cərəyanı vurub
Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Astara rayonunun Şahağacı kəndində rayon sakini Rahim İmanov kanalda balıq tutarkən kanalın üstündən keçən yüksək gərginlikli kabelə dəyib və onu elektrik cərəyanı vurub. Xəstaxanaya yerləşdirilən R.İmanov orada ölüb. Digər bədbəxt hadisə Lənkəran rayonunun Viyən kəndində qeydə alınıb. Orada yaşayan Əkrəm Hüseynov təmir işləri apardığı evdə hündürlükdən yıxılaraq ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Uşaq baxçaları ilə bağlı yeni standartlar hazırlanır
Azərbaycanda məktəbəqədər təhsilin dövlət standartlarının layihəsi hazırlanıb.Təhsil Nazirliyindən verilən məlumata görə, yeni hazırlanan “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” layihəsi ictimai müzakirəyə təqdim olunub. Layihəyə görə, məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi, bir qayda olaraq, ali ixtisas təhsilli, məktəbəqədər təhsil sahəsində təcrübəsi olan şəxs həyata keçirir.
Gürcüstan baş naziri: "Azərbaycan dinamik inkişaf edən strateji tərəfdaşımızdır"
Qardaş Azərbaycanla ikitərəfli münasibətlərimiz strateji xarakter daşıyır. Bu münasibətlər genişlənməkdədir.
"Arvadımla münasibətin var?" sualını soruşdum, cavabına görə öldürdüm
Türkiyədə qətl hadisəsi törədilib. Milli.Az "gazetevatan"a istinadla bildirir ki, 55 yaşlı Necati 61 yaşlı Bünyamini öldürüb. O həbs edilib.














