AzTU-da tələbələr üçün seminarlar keçirilir
Azərbaycan Texniki Universitetində (AzTU) profesional İT mütəxəssisi kimi formalaşmaq istəyən tələbələr üçün seminarlar təşkil olunur. Təhsil ocxağından “OLAYLAR”-a bildirilib ki, tələbələrin nəzəri biliklərinin daha da dərinləşməsinə və təcrübəmübadiləsini nəzərdə tutan seminarlar dərslərdən əlavə olaraq keçirilir.
7 Noyabr 2016 16:04 SosialAzərbaycan Texniki Universitetində (AzTU) profesional İT mütəxəssisi kimi formalaşmaq istəyən tələbələr üçün seminarlar təşkil olunur. Təhsil ocxağından "OLAYLAR"-a bildirilib ki, tələbələrin nəzəri biliklərinin daha da dərinləşməsinə və təcrübəmübadiləsini nəzərdə tutan seminarlar dərslərdən əlavə olaraq keçirilir. Seminarların təlimçiləri "Network Training Center"ın əməkdaşlarıdı. Qabaqcıl texnologiyalardan yaralanan şirkətin məqsədi IT sahəsində peşəkar olmaq istəyən gənclərə kömək etmək, onlara düzgün karyera seçimində və inkişafında dəstək olmaqdır. AzTU-nun İKT departamentinin təşkilatçılığı ilə keçirilən seminarlar tələbələrin istiqamət müəyyən etməsi üçün bir neçə həftə ödənişsiz olacaq. İKT departamentinin müdiri Əli Xəlilov bildirib ki, "Network Training Center"lə əldə edilən razılaşmaya görə sonrakı mərhələlərdə də AzTU tələbələrinə xüsusi güzəşt olunacaq. Departament rəhbəri həmçinin qeyd edib ki, İT sahəsində aktiv olan tələbələr üçünəlavə praktik imkanlar yaradılacaq.