Gündəm
Ukrayna Azərbaycan vətəndaşını axtarışa verdi
Ukrayna polisi qəsdən adam öldürməkdə təqsirli bilinən Azərbaycan vətəndaşını axtarışa verib.
"Eldar Mahmudov telefonların dinlənilməsinə icazə vermişdi..."
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generallarının ittiham olunduqları cinayət əməlləri üzrə epizodların detalları bəlli olur.
Azərbaycan prezidenti İlham Əliyev italiyalı naziri qəbul edib
Olaylar.az AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Silah alverçisinin qoları qandallanıb
Lənkəran şəhər sakini Mahir Məmmədov noyabrın 2-də "Makarov" markalı silahla tutulub. DİN-dən verilən məlumata görə, ətrafında Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun həmin silahı Astara rayon sakini Sücayət Hacızadədən 500 manata alması müəyyən edilibr. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacızadə də tutulub.
Maşınları qarət edən dəstə ifşa edilib
Gəncədə maşınlara qənim kəsilən dəstə zərəsizləşdirilib. DİN-dən verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-dən 18-dək olan müddətdə şəhər sakinləri olan 5 nəfərə məxsus avtomobillərdən dövlət qeydiyyat nişanları, faralar, maqnitofon və təkər oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Mehman Əliyev və Məcid Sultanov tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Qadını vurub qaçan sürücü tutulub
Noyabrın 5-də saat 18 radələrində Şabran şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Nazim Soltanov vurulub və o, hadisə yerində ölüb. DİN-dən verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "DAF" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Fərid Qasımov saxlanılıb.
Axtarışda olan şəxs tutulub
Qəsdən adam öldürmə maddəsilə axtarışda olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Sabunçu RPİ və İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Canbulad Hüseynov tutulub.
“Qanun” nəşriyyatından oğurluq edənlər yaxalandılar
DİN-in və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidmətləri və Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimov saxlanılmışlar. F.Novruzovdan 1,26 qram heroin, N.İsayevdən 1,32 qram, İ.Yusifovdan 2,37 qram, V.Əsgərovdan 1,515 qram, Ş.Abdulovdan 1,375 qram və V.Səlimovdan 1,960 qram tiryək aşkar edilərək götürülmüşdür.
Yeni dəmir yolunun çəkilişinə başlanılıb
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşması istiqətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Prezident İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır.Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulmuş, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin çəkilişinə başlanmışdir.
Nazir müavini müşavirə keçirib
DİN-in Polis Akademiyasında paytaxt ərazisində yerləşmiş struktur hissələrin və ərazi polis orqanlarının rəislərinin şəxsi heyətlə iş üzrə köməkçiləri ilə xidməti fəaliyyətin mənəvi-psixoloji təminatı məsələlərinə həsr olunmuş geniş seminar-müşavirə keçirilib. DİN-dən verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev iştirak edib. Qarşıda duran vəzifələrdən danışan polis general-leytenantı İ.Əliyev ölkə Prezident cənab İlham Əliyevin siyasi iradəsilə “vətəndaşa, insan faktoruna yönümlü” idarəetmə modelinin formalaşdırılması nəticəsində “polis-vətəndaş” münasibətlərinə dair yeni düşüncə tərzinin, yanaşma qaydasının təşəkkül tapdığını, bu gün daxili işlər orqanlarının fəaliyyətinin cəmiyyət üçün açıq, həm də sosial yönümlü olduğunu, əhalinin bütün qrup və təbəqələri, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə iş aparıldığını, polisə münasibətin öyrənilməsinin diqqət mərkəzində saxlanıldığını, eyni zamanda, cinayətkarlığa qarşı mübarizənin nəticələri barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırıldığını diqqətə çatdırıb.
Son dəqiqə: ABŞ seçkilərində son anket nəticələri- AÇIQLANDI
ABŞ-da prezident seçkisinə bir gün qalmış son anket nəticələri bəlli olub. Nəticələrə görə, Demokratlar Partiyasının namizədi Hilari Klinton rəqibi Donald Trampı 4% qabaqlamağı bacarıb.
Türkiyə səfiri: “Azərbaycanın 15 iyuldan sonra göstərdiyi qardaşlıq münasibəti unudulmayacaq”
“Çalışacağım müddət ərzində “bir millət, iki dövlət” prinsipinə sadiq qalacağam”. APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral media nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, iki ölkə arasında əlaqələr 15 iyul hadisəsindən sonra nümunəvi hala gəlib: “Qardaşlıq münasibətlərimiz təbii ki, əbədidir. Amma Azərbaycan hökumətinin, dövlətinin, prezidentinin bizə 15 iyuldan sonra göstərdiyi qardaşlıq münasibəti heç zaman unudulmayacaq. Biz bu dəstəyi hər zaman hiss edirik. Türkiyə və Azərbaycan iki qardaş dövlətdir. Fəaliyyətim dövründə bu anlayışı öndə tutacağam və buna uyğun davranacağam”.
Saakaşvili Poroşenkonun ünvanına ittihamlar səsləndirib
"Prezident Pyotr PoroşenkoOdessada iki klanı dəstəkləyir. Konkret olaraq o, Truxanovun kriminal, Urbanskinin isə korrupsion klanına dəstək verir. Vilayətdə hakimiyyəti bu iki nəfərə və onların tərəfdaşı Anton Kissenin “Bizim diyarımız”dan olan separatçılara veriblər".
Səfir: “Qərb terrora həmişə dəstək verib”
“Qərb ölkələri terrora həmişə dəstək verib”. APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir əlavə edib ki, hazırda Türkiyədə terrorda ittiham olunan şəxslər Almaniya mühacirət edib: “onlar hazırda Almaniyanın himayəsindədir. Biz ABŞ-dan Fətullah Gülənin təhvil verilməsini gözləyirik. Hesab edirik ki, onun qaytarılmaması Türkiyəyə qarşı münasibətin göstəricisidir. Avropalılar əvvəlcə terrorla mübarizə sahəsində gördükləri işləri və öz öhdəliklərini nə dərəcədə yerinə yetirdiklərini nəzərdən keçirsinlər”.
İran XİN: Azərbaycanla viza rejiminin ləğvi prosesi mərhələli şəkildə aparılır
“İran və Azərbaycan arasında viza rejiminin ləğvi prosesi mərhələli şəkildə irəli aparılır”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.













