Balıq tutan 2 nəfəri elektrik cərəyanı vurub
Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Astara rayonunun Şahağacı kəndində rayon sakini Rahim İmanov kanalda balıq tutarkən kanalın üstündən keçən yüksək gərginlikli kabelə dəyib və onu elektrik cərəyanı vurub. Xəstaxanaya yerləşdirilən R.İmanov orada ölüb. Digər bədbəxt hadisə Lənkəran rayonunun Viyən kəndində qeydə alınıb. Orada yaşayan Əkrəm Hüseynov təmir işləri apardığı evdə hündürlükdən yıxılaraq ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
7 Noyabr 2016 16:01 KriminalAzərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Astara rayonunun Şahağacı kəndində rayon sakini Rahim İmanov kanalda balıq tutarkən kanalın üstündən keçən yüksək gərginlikli kabelə dəyib və onu elektrik cərəyanı vurub. Xəstaxanaya yerləşdirilən R.İmanov orada ölüb. Digər bədbəxt hadisə Lənkəran rayonunun Viyən kəndində qeydə alınıb. Orada yaşayan Əkrəm Hüseynov təmir işləri apardığı evdə hündürlükdən yıxılaraq ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.