Gündəm

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsinin keçirildiyi zalda dəmir barmaqlıqlar şüşə qəfəslə əvəz olunub

7 Noyabr 2016 14:28

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Neft tankerinə hücüm edilib

7 Noyabr 2016 14:15

Son həftə də Yəmənin sahilləri neft nəqliyyatçıları üçün tam bir kabusa çevirlib. Bab Əl Məndəb boğazında tam iki neft tankeri İran yönlü hüsilərin bombalı hücumuna məruz qalıb.

İki yük maşını toqquşdu

7 Noyabr 2016 14:13

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Kürdəmir magistral avtomobil yolunun 151–ci km-də Hacıqabul rayonu ərazisində “Mercedes” markalı yük avtomobilin “KamAz” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. “Olaylar” nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “Mercedes” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 05:17-də başa çatıb.

Masallıda mikroavtobus yanıb

7 Noyabr 2016 14:12

Masallıda yanğın hadisəsi qeydə alınıb. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Təklə kəndində vətəndaşa məxsus mikroavtobusun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İrandan psixotrap maddə keçirmək cəhdinin qarşısı alınıb

7 Noyabr 2016 14:10

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn qonşu ölkənin vətəndaşının idarə etdiyi yük avtomobilinin yoxlanması zamanı nəqliyyat vasitəsinin kabinəsində üzərində "XANAX 0,5 mg ALPRAZOLAM" sözləri yazılmış 100 konvalyut dərman preparatı aşkar edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, alprazolam adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir. Aşkar edilən 100 konvalyutda ümumi sayı 1000 ədəd olan həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Millət vəkili: “Üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaq”

7 Noyabr 2016 14:09

"Dünya ictimaiyyəti xalqımızın öz bayrağına - milli atributlarına nə qədər sayğılı olduğunu görür. Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir.

Binəli Yıldırım: "Bütün prosedurlar hüquq çərçivəsində aparılır"

7 Noyabr 2016 14:08

HDP (Xalqların Demokratik Partiyası) üzvləri ilə bağlı bütün prosedurlar hüquq çərçivəsində aparılır. Türkiyənin Azərbaycandakı səfirliyindənSİA-ya verilən məlumata görə, bunu Baş nazir Binəli Yıldırım İstanbulda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Akif Çovdarovun sürücüsü: "Akif Çovdarovun Badamdarda üç villası, Novxanıda bağ evi və sirkin yanında evi var"

7 Noyabr 2016 14:05

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin bəzilərinin ifadələri məlum olub.

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı son bir ayda 20,2 min nəfərdən çox artıb

7 Noyabr 2016 14:00

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 156 758 nəfər, o cümlədən oktyabr ayında 20 234 nəfər üçün fərdi şəxsi hesab açılıb.

Şura da müzakirə

7 Noyabr 2016 13:57

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Təhsil məsələləri üzrə İşçi Qrupu təhsil ekspertlərinin və aidiyyatı QHT rəhbərlərinin iştirakı ilə “Məktəbəqədər təhsil haqında” qanun layihəsinin ictimai müzakirə sinikeçirib. Toplantıda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Milli Məclislə əməkdaşlığı çərçivəsində ölkənin qanunverici orqanının gündəliyində olan müxtəlif qanunların ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirəsini təşkil etdiyini deyib. F. Qurbanov təhsilin bütün cəmiyyətlər üçün ən önəmli məsələ olduğunu və bu cəhətdən müvafiq istiqamət üzrə fəaliyyət göstərən QHT-lərin “Məktəbəqədər təhsil haqında” qanun layihəsi ilə də bağlı rəy və təkliflərini bildirməsinin vacib olduğunu vurğulayıb.

Niderlandda yerli iş adamlarına Azərbaycana yatırım imkanları təqdim olunub 

7 Noyabr 2016 13:55

Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatı ölkənin Zeeland bölgəsinin, Zierikzee şəhərində Azərbaycanın tanıtımına həsr olunmuş tədbir keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, şəhərin kinoteatrlarından birində baş tutan tədbirdə Niderlandda nəşr olunan “Wereldregio” qəzetinin Baş redaktoru Aad van der Vouden aparılıcıq edib. Niderlandda yaşayan həmyerlimiz, “Connect” təşkilatının sədri Vüqar Abbasovqonaqları salamlayaraq Schouwen Duiveland bələdiyyəsinin başçısı Xerard Rabelinkə söz verib və ona Azərbaycanla bağlı kitab hədiyyə edib. Bələdiyyə sədri öz növbəsində “Connect” təşkilatının fəaliyyətindən danışıb, bu təşkilatın gələcəkdə bir çox uğurlara imza atacağına inamını dilə gətirib.

Yaponiyalı uşaqlara Azərbaycan barədə dərs keçirilib 

7 Noyabr 2016 13:54

Yaponiyanın paytaxtı Tokio şəhərinin Şinaqava bölməsində yerləşən məktəbdə, Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədovyaponiyalı məktəblilərə “Müasir Dünya düzənində Azərbaycanın multikultural modeli” mövzusunda dərs deyib.

Yəməndə girov götürülmüş ABŞ vətəndaşı azad edildi

7 Noyabr 2016 13:51

Yəməndə girov götürülmüş ABŞ vətəndaşı azad edilib və Omana göndərilib.  Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu  barədə "Reuters" agentliyi məlumat yayıb.  Agentliyin məlumatına görə, Amerika vətəndaşını husilər paytaxt Sanada girov götürmüşdülər. O, azad edildikdən sonra hökumət qüvvələri ilə üsyançılar arasında baş vermiş qarşıdurma zamanı xəsarət almış Yəmən vətəndaşları ilə birlikdə Omana göndərilib. Məlumata görə, ABŞ-ın bir neçə vətəndaşı, o cümlədən oktyabrda azadlığa buraxılan amerikalılar casusluqda şübhəli bilinərək saxlanılmışdılar. Yəməndə hərbi qarşıdurma 2014-cü ildən davam edir. 

Şəkidə istifadəyə yarasız 25 kq ət aşkar edilib

7 Noyabr 2016 13:47

Şəkidə istifadəyə yararsız ət məhsulunun satışının qarşısı alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki bazarda Səbuhi Xəlilovun istifadəyə yararsız ət satması müəyyən edilib.Ondan 25 kiloqram ət götürülüb. 

Palçıq vulkanlarını izləməyə gedən ərlə-arvad avtoqəzada ölüb

7 Noyabr 2016 13:46

Bakıda baş verən yol-nəqliyyat hadisəsində ərəb turistlər ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 5-də Qaradağ rayonunun Ələt qəsəbəsində Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən - Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, qəzada ölən şəxslər ər-arvad olub. Onlar Qaradağ rayonu ərazisindəki palçıq vulkanlarını izləməyə gedirmiş.